Bizim qırmızı sevgimiz
(Xatirələr silsiləsindən)
İlqar RƏSUL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Professor Nəsir Əhmədli vəfat etdi
Mərhum doğulduğu rayonda torpağa tapşırılacaq
-
Qorxusuz akademik ...
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
-
ANA DİLİmizin –
ATA isim-sifətlərindən, “əzəl mübtəda”larından Əbdüləzəl Dəmirçizadə...
-
“Hərəyə bir-iki şüşə ...”
Keçmiş rektorun Madrid səfəri barədə yeni iddia - içməyə Şeyxin təyyarəsində başlayıb...
-
Etil spirtinin yaratdığı “qısaqapanma”
Madriddəki biabırçılıq məhərrəmovların “kAbel”ini yandırdı...
-
Mühasibat tabelindən xəbərsiz rektor
Mənasız reklam Abel Məhərrəmovun nəyinə lazımdır?
-
4 il oxu, axırda da qal işsiz...
Azərbaycan universitetləri: Memarlıq və inşaat hara, neft-qaz hara, yaxud ali məktəbi bitirib ixtisasından xəbəri olmayanlar
-
«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır
Məhkəmə Mirağayev barəsində qərar verib
-
Davam edən yol...
... Və ya müəllimin ən böyük sevinci
-
«Sizin ipinizi çox boş buraxmışıq…»
BDU-da növbəti qalmaqal
-
«Cəfərin yeri»
Bura Elçibəy də, Köçəryan da gəlirdi...
-
«Siyahı saatbasaat dəyişir»
İlahiyyatçılara zərərli dini kitabları Azərbaycana gətirməyə icazə verilir
-
«Görək başımıza nə gəlir»
Xınalığa göndərilən gənc müəllim: «Hələ qış qarşıdadır...»
-
Bilik, Dinamiklik, Uğur
Tələbələrinə nailiyyətin sirlərini aşılayan Şərqin ilk universiteti nüfuzlu ali məktəblər arasında
-
BDU-da 3 min nəfərin maaşı artırıldı
Minimum 600, orta aylıq əmək haqqı 1000, yuxarı hədd 1400 manata çatdı
-
Bəlağətli dil və küçə dili
Televiziya kanallarının nitqi iki qütbə ayrılıb
M.Ə. Rəsulzadə adına BDU-nun tələbəsi idim. Qalmağa ev olmasına baxmayaraq, yataqxanada qalırdım ki, tələbəçiliyi sümüyümə, iliyimə qədər hiss edim. Otaqda üç nəfər qalırdıq. Yaşca məndən bir az kiçik idi həmin iki nəfər(otaq o iki nəfərdən birinin idi). Biri tarix f-də, biri hüquq f-də oxuyurdu. Tələbəçilik bitirdi artıq. Bir gün hüquqda oxuyanla otaqda oturmuşduq, tarixdə oxuyan şəstlə girdi içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə bir qırmızı diplom çırpdı, dedi, di süfrə açın. Hay-küylə təbrik etdik onu, süfrə açıb qeyd elədik. Yemək içməyin şirin yerində hüquqda oxuyana barmaq silkələyib, hökmlə dedim ki: mənim evimə başqa rəngdə diplom girə bilməz, ancaq qırmızı!
Gülüşdük hamımız. Aradan bir müddət keçdi. Bir gün tarixdə oxuyanla otaqda oturmuşduq, hüquqda oxuyan şəstlə girdi içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə bir qırmızı diplom çırpdı, dedi, di süfrə açın. Hay-küylə təbrik etdik onu, süfrə açıb qeyd elədik. Yemək içməyin şirin yerində hüquqda oxuyanla tarixdə oxuyan qəfil bir-birlərinə baxdılar, sonra mənə sarı ərklə barmaq silkələyərək, xorla ucadan dedilər ki: bizim evimizə başqa rəngdə diplom girə bilməz, ancaq qırmızı! Gülüşdük hamımız.
Bir gün hüquqda oxuyanla tarixdə oxuyan otaqda oturarkən şəstlə girdim içəri, ortalıqda olan köhnə jurnal masasının üstünə jurnalistika fakültəsinin qırmızı diplomunu çırpıb, dedim, di süfrə açın. Hay-küylə məni təbrik etdilər, süfrə açıb qeyd elədik. Yenə də tarixdə oxuyanın bişirdiyi pomidor-yumurta, hüquqda oxuyanın qonşudan aldığı kələm turşusu, mənim şəhərciyin girişindəki dükandan aldığım araqla...
Bax biz BDU-nu (orada oxumağımızı) belə sevirdik...