vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
21:45 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UNESCO Mehriban xanımı itirdi

Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...

Azər QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq qurum xoşməramlı səfiri itirdiyini sonra anlayacaq. Fəaliyyətində sönüklük müşahidə ediləndə, toplantılarının keçirilməsinə ölkə tapmayanda. Elə vaxtlar olub ki, təklif edilən ölkələr qurumun tədbirini keçirməkdən müxtəlif bəhanələrlə imtina ediblər. Lakin Mehriban xanım Əliyeva tədbirin Azərbaycanda keçirilməsinə razılıq verib, təşkilati işlər yüksək səviyyədə həyata keçirilib. 18 illik xoşməramlı səfirlik müddətində Azərbaycan-UNESCO əlaqələrində dinamika müşahidə olunub. Bütün bunlar ona görə edilirdi ki, UNESCO qarşılıq versin, maraqlarımıza uyğun addımlar atsın.

UNESCO-nun onlarla xoşməramlı səfiri var. Lakin Mehriban xanım onlardan fərqlənib. İstər təşkilatın tədbirlərində yüksək səviyyədə iştirakına, quruma hörmət gətirən dəyərli təkliflər verdiyinə, eləcə də dünyanın mədəni irsinə daxil olan abidələrin bərpası və yeni görkəmə salınmasında göstərdiyi fədakarlığa görə. Lakin nə edəsən ki, UNESCO-nun indiki rəhbəri Odri Azule Fransa prezidentinin ermənipərəst siyasətini davam etdirməyə üstünlük verdi.

Düz 30 ildir ki, UNESCO Qarabağ bölgəsinə missiya göndərmir ki, erməni vandallarının Azərbaycanın mədəni irsini dağıtmasını əks etdirən qiymətləndirmə sənədi ortaya qoyulsun. Belə bir sənədin qəbul edilməsi gələcək tarixə ibrət xarakteri sayılar. Vaxtilə Azərbaycan tərəfi UNESCO-ya müraciət edəndə, qurumun rəhbəri Kouşiro Maatsura tərəfindən reaksiya verilmişdi ki, ərazilər işğal altında olduğundan missiyanın göndərilməsi çətinlik törədir. Bəs axı indi Qarabağ və ətraf rayonlar işğaldan azad edilib və tam rahat şəraitdə nümayəndə heyətinin göndərilməsi mümkün idi. Lakin UNESCO yenə missiyanı göndərmədi. Səbəb ermənipərəst siyasətdir. Azərbaycanın birinci vitse-prezidenti qurumun rəhbəri Odri Azuleyə məktubunda xoşməramlı səfir titulunu işlərinin çoxluğu ilə əlaqələndirsə də, əslində UNESCO-nun ikili siyasət yürütməsinə diplomatik dillə etirazını çatdırdı. Azərbaycan tərəfi nə istəyirdi?  Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması UNESCO-nun sənədində əksini tapsın.

Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO-ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərmədi.

Beləliklə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva xoşməramlı səfir titulundan imtina etdi. İtirən yalnız UNESCO oldu.