Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:58 | 15 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1042 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır. Polşa prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək.
Böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir. Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək. NATO-nun digər qanadı – Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar.
***
Rusiya itirdiyi Xersonun “intiqamını” Ukraynanın şəhərlərini bombalamaqla cavab verib, gün ərzində Kiyevdən tutmuş Polşa sərhədinə yaxın Lvov şəhərinə qədər yaşayış yerləri atəşə tutulub. Kreml təbliğatçıları Xersonun itkisini cəmiyyətə açıq-aşkar izah etməkdə çətinlik çəkirlər. Misal üçün Kremlin təbliğatçılarından biri Marqarita Simonyan Xersonun itkisini 1812-ci ildə rus sərkərdəsi Mixail Kutuzovun qoşunlarını Napoleonun ordusu qarşısında Moskvadan geri çəkməsinə oxşadıb.
SSRİ dövründə məktəbdə “dünya tarixi” fənnində bizə öyrədirdilər ki, Rusiya ordusu guya 1812-ci ildə Borodino döyüşündə Napoleon ordusu üzərində qələbə çalıb. Bunun yalan olduğundan o zaman şübhəliydim. Tarix müəlliminə belə bir sual verdiyimi də xatırlayıram: “Rusiya ordusu Borodino döyüşündə qələbə qazanmışdısa, Napoleon necə oldu ki, döyüşdən sonra Moskvaya daxil oldu?” Guya Moskvanın təhvil verilməsi ümumi qələbə üçün lazım idi. Napoleon Rus qışına məğlub oldu. İndi Marqarita Simonyan Rusiya cəmiyyətini inandırmağa çalışır ki, Xersondan geri çəkilmə Rusiyanın 1812-ci ildə olduğu kimi “ümumi qələbəsi” üçün vacib idi. Napoleon işğalçı müharibə aparırdı, Ukrayna isə əksinə işğalçıya qarşı savaşır. Bu mənada Xersonla Moskva arasında oxşarlıq axtarmaqdansa, işğalçı müharibələr aparan Fransa ilə Rusiya arasında oxşarlıq axtarmaq lazımdır.