
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım hoteldə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, hündürlüyü 130 metr olan bina 33 mərtəbəlidir. Binanın 14 mərtəbəsi hotel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir. “The Ritz-Carlton Baku” hotelində 190 geniş qonaq otağı, lüks mənzillər, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı var.
“Şuşa”dan “Qubadlı”yadək işgüzar görüş zal və otaqları
Binada korporativ toplantıların və digər tədbirlərin təşkili üçün də ideal şərait yaradılıb. “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, hoteldə “Qarabağ”, eləcə də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası üzrə şəhər və rayonların adlarını daşıyan daha 11 iclas otağı yaradılıb. Bunlar “Ağdam”, “Tərtər”, “Xocalı”, “Xankəndi”, “Xocavənd”, “Füzuli”, “Cəbrayıl”, “Qubadlı”, “Zəngilan”, “Kəlbəcər” və “Laçın” otaqlarıdır.
Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyini əks etdirir. Hotelin memarlığında tarixin, incəsənətin, mədəniyyətin və müasir tendensiyaların vəhdətinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı başlıca prioritetlərdəndir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahəyə dövlət tərəfindən göstərilən diqqətin əyani təsdiqidir. Pandemiyanın yayıldığı 2020-ci ilədək hər il çox sayda turist ölkəmizə səfər edib, müasir turizm imkanlarından yararlanıb. Artıq dünyada olduğu kimi, ölkəmizdə də postpandemiya dövrü yaşanır. Bu isə öz növbəsində turist axınının artması ilə müşayiət olunur. Bu cür müasir və dünyaca məşhur hotel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması, şübhəsiz ki, postpandemiya dövründə turizmin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.