
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Aleksandr Pyatiqorski (1929-2009) yəhudi əsilli sovet və ingilis filosofu, şərqşünası və hindoloqu, ünsiyyətin mətn modelinin müəllifidir. O, 1974-cü ildən İngiltərəyə mühacirət edib, London universitetinin professoru olub. İqor Smirnov isə Almaniyanın Konstans universitetinin professorudur, siyasi fəlsəfə sahəsi ilə məşğuldur.
On-on beş il əvvəl bir rus jurnalında bu iki intellektualın dialoqunu oxumuş, dəftərimə bəzi qeydlər etmişdim.Parlament seçkiləri ərəfəsində onlar arasındakı olduqca maraqlı söhbətdən bir bölümü dilimizə uyğunlaşdırdım…
İqor Smirnov: Bəli, yenə demokratiya deyirsən, Mişel Fuko və Corcio Aqambenin bu barədə yazdıqları kimi sanki totalitar rejimlər kimi dövlətin subyektləri ilə bağlı eyni biosiyasəti aparmırlar.
Aleksandr Pyatiqorski: Burada söhbət demokratiyadan yox, özünüdərketmənin müəyyən distribusiyasından (paylanmasından) gedir. Mən ABŞ-ın tarixini öyrənməli idim. 18-ci əsrin ortalarının Amerikası haqda təsəvvürün varmı? Təhsilin səviyyəsi, çürük “mədəniyyət” dediyin mədəni səviyyə baxımından bu, fəlakət idi. Yuyunmağın nə demək olduğunu bilməyən banditlər yığını, fahişələr – pisliklər ölkəsi.
Cefferson Konqresə gedə bilmirdi, çünki orada heç kim çimmirdi və hamı üzr istəyirəm, it iyisi verirdi, havanı zəhərləyirdi. Orada nəfəs almaq mümkün deyildi… Hətta Konqres üzvlərinin də savadı Amerika xalqının kimi minimal idi: onlar ingilis sözlərini necə yazmağı bilmirdilər. Və bu tör-töküntü insan kütləsinin başında üstündə elita dayanırdı: 80-100 nəfər. Sizcə bu kifayət deyildimi? O dövrdə Rusiyada Amerika ilə müqayisə elita sayıla biləcək cəmiyyət beş dəfə çox insan var idi. Ancaq Rusiyada heç kim elitalara inanmır, onlara qulaq asmırdı. Amerikada isə elita cinayətkarları, kənd sarsaqlarını və fahişələrı hörmətlə dinləyirdilər.
İqor Smirnov: Mənə elə gəlir ki, siz ABŞ-da yüksək intellektli təbəqənin kübar və çox nazik olduğunu deyəndə bir qədər şişirdirsiniz. Amma etiraz etməyəcəyəm. Mənim üçün başqa bir şey daha vacibdir. Amerikada kütlələrin üstündən yüksələn insanlar bu kütlələri dünya tarixinə saldılar. Ona görə də millət onların arxasınca getdi. Rusiyanın isə əlindən avtoxton (yerli, regional) inkişaf alınmışdı.
Aleksandr Pyatiqorski: Aman Allah, kim tərəfindən alınmışdı bu inkişaf?
İqor Smirnov: Güclü və intellektual elita tərəfindən. Qrishka Otrepyev (Гришка Отрепьев – İ.N.) Rusiyanın ilk imperatoru olmuşdu. Bu, 17-ci əsr boyu Moskva dövlətinin Avropaya istiqamətləndirilməsinin başlanğıcı ondan başlayır...
***
Pyatiqorski 2009-cu ildə Londonda vəfat etdi, ömrünün sonlarına doğru tarixin kütlələr tərəfindən deyil, elitalar tərəfindən yazıldığı fikrini irəli sürmüşdü…
Sabah Azərbaycanda parlament seçkiləridir.
İstər bizim ölkədə keçirilsin, istər Türkiyədə, istərsə də hansısa başqa bir ölkədə – “Elitalar və Kütlə” məsələsi Dünya durduqca insanların beynini məşğul edəcək, hər zaman gündəmdə qalaraq müzakirə mövzusu olacaq. Və təəssüf ki, bir çox məsələdə olduğu kimi ortaq məxrəcə də gəlinməyəcək heç vaxt…