Ölüm cinayətlərinin gəncləşməsi ...
... Cinayətkarın kultlaşıdırılması təbliğat elementidir
Yeganə HACIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
Böyüyən nəsil həmişə nümunələrdə tərbiyə olunub, olunur və olunacaq.
Həyatımıza girmiş elektron resurslar cəmiyyətdə fərdin, yeniyetmələrin sosial-mədəni modelinin, davranış vərdişlərinin formalaşmasında, xüsusi ilə azyaşlıların şüuraltısında nümunələrinin, onların davranış və vərdişlərinin formalaşmasında mexanizm kimi iştirak edir.
Özünü dərk mərhələsində şüuraltı vərdişlərdən yola çıxan uşaqlar onlara oxşamağa, onlar kimi davranmağa və s. başlayır.
Cəmi 18 gün öncə cinayət törətmiş birinin KİV-lərdə günlərlə haqq-ədalət müdafiəçisi, qəhrəman kimi kultlaşdırılması təbliğatı aparıldı və bu proses hələ də davam edir.
Nəticə də göz önündə , bir yeniyetmə “İnstagram”, “Tik-tok”dan və digər sosial platformalardan qəhrəman kimi “yeridilən” birini, kumirini yamsıladı.
Bu günlərdə tədbirlərin birində KİV-lər, elektron ressurslar, sosial şəbəkələrdə kriminal hadisələrin belə detallı işiqlandırılması, tirajlanması , manşet xəbərlərlə cinayətkarlığın və ya cinayətkarın kultlaşıdırılması təbliğatının əks effekt verməsi haqqında fikirlərimi bildirdim.
Tədbirdə “mediada ifadə azadlığına qadağalara əsaslar” formalaşdırırsınız deyə iradlar bildirənlər oldu.
KİV-lər , sosial platformalar, internet resurslarda kriminal hadisələrin belə detallı işiqlandırılması, tirajlanması, manşet xəbərlərlə cinayətkarlığın və ya cinayətkarın kultlaşıdırılması təbliğat elementləridir.
Xüsusi ilə , keyfiyyətli təlim-təhsil vasitələri ancaq maliyyə imkanı normal və yaxşı olan ailələrin uşaqlarına əlçatan olan cəmiyyətlərdə azyaşlıları və yeniyetmələri internet və sosial platformalar tərbiyə edir.
Bu təbliğatı izləyən böyüməkdə olan nəslin təsəvvüründə buraxdığı izlərin nəticələri belə olur.