vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏHİYYƏ, ORDU  
19:15 | 10 noyabr 2022 | Cümə axşamı Məqaləyə 1190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yod od tutub “yanır”

Əvvəlkindən 3 dəfə bahalaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Yodun qiyməti kəskin bahalaşıb. Bir vaxtlar apteklərdə asanlıqla tapılan yodu indi əldə etmək müşkülə çevrilib. Tapanda isə qiyməti əvvəlkindən 3 dəfə baha olur. Baxmayaraq ki, nə qablaşdırması, nə çəkisi, nə də tərkibi dəyişib.

Apteklərdə apardığımız müşahidələr də faktı təsdiqlədi. Əczaçılar həm qiymətin artmasını, həm də satışa az sayda gəldiyini bildirdilər.

Vətəndaşlar arasında keçirdiyimiz sorğudan da məlum oldu ki, onları bu qiymət artımı qane etmir.

Qeyd edək ki, Tarif Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var. Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli, 10 ml olan məhsuludur.