vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏMLƏKƏT  
11:29 | 21 iyul 2024 | Bazar Məqaləyə 3756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk imzalara doğru

Başlanmış və davam etdirlməli vacib işlərlə yanaşı, yani layihələr və niyyətlər

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il sentyabr ayının 1-də ölkəmizin və xalqımızın həyatında əlamətdar hadisə baş verəcək, yeni müstəqillik dönəmində Azərbaycan Milli Məclisinə yeddinci dəfə seçkilər keçiriləcək. Ancaq indiki seçkilərin əvvəlki bütün seçkilərdən mühüm fərqi ondan ibarətdir ki, ilk dəfə Milli Məclis seçkiləri işğal altındakı torpaqlarımızın azad edildiyi, yurdun dörd bucağında müqəddəs bayrağımız dalğalandığı şəraitdə QALİB AZƏRBAYCANda keçiriləcək.

Arxada qalan illərdə ölkə daxilində də, beynəlxalq təşkilatlar çərçivəsində dövlətimiz və millətimiz üçün faydalı olan işləri güçümüz çərçivəsində görməyə çalışdıq.

İndi qarşıda yeni üfüqlər açılır.

Başlanmış və davam etdirlməli vacib işlərlə yanaşı, bir silsilə yeni layihələr və niyyətlər vardır.

Arxada qalan illərdə toplanmış zəngin parlament təcrübəsi və beynəlxalq praktika bu işdə çox köməyimizə gələ bilər.

Bütün bunları nəzərə alaraq VII çağırış Azərbaycan Milli Məclisinə seçkilərdə qatılmağı qət etdik.

Bitən həftənin başlanğıcında zəruri sənədləri 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinə təqdim etmişdim.

İyulun 20-də Dairə Seçki Komissiyasının iclası keçirildi, mənim və daha bir namizədin iştirak etdiyi iclasda sənədlərimizin tələblərə uyğun olduğu təsdiqləndi, namizədliyimiz rəsmən qeydə alındı və bizə imza vərqələri verildi.

Əvvəlki seçkilərlə müqayisədə 63 saylı Seçki Dairəsinin yalnız nömrəsi deyil, dislokasiyasında da dəyişikliklər var.

Hacıqabul rayonu ərazisindəki məntəqələimiz əvvəlki kimi qalsa da, Kürdəmir rayonu ərazisindəki məntəqələrimizdə əvəzlənmələr olub.

İndiki mərhələdə ilk dəfə olaraq Sığırlı, Ərəbqubalı, Çölqubalı, Məhərrəmli kəndləri də bu Seçki Dairəsinə əlavə edilib.

Açığı, bu məni çox sevindirdi.

Çünki həmin kəndlərin hər biri mənə çox əzizdir və orda xeyli qohum-əqrəbamız yaşayır. Üstəlik, həmin kəndlərin də hər birinin özünə xas xeyli qayğıları var.

indi onlara daha yaxın olmaq, daha tez-tez təmasa girmək və imkan dairəsində kömək göstərmək imkanım artacaq.

İş ondadır ki, bu sadaladığım kəndlər əvvəllər də qarışıq Seçki Dairələrinə düşüb.

Qarışıq Seçki Dairələrinin isə bir xüsusiyyəti var ki, hər rayonun əsas deputatı olduğundan müxtəlif rayonlardan götürülərək bir Seçki Dairəsində birləşdirilən kəndlər sanki birbaşa diqqət dairəsindən kənarda qalır. Odur ki, qəlbimə yaxın, ilk uşaqlıq illərimdən bağlı olduğum kəndlərlə mütəmadi rabitə saxlamaq, onlara kömək etməkçün indi daha artıq meydan qazanıram.

Ancaq əvvəlki seçkilərdə mənim dairəmdə olmuş və Kürdəmirə aid Muğanlı, Karrar, Ərşəli və digər kəndlər də qabaqkı kimi lazım bildikləri hər məsələ ilə əlaqədar mənə yaza, ya birbaşa müraciət edə bilərlər. Həmişə onlarlayam.

Milli Məclisə seçkilər ümummilli mənası olan, dövlət və xalq həyatının həssas məsələsidir.

Dövlətimiz və Millətimiz üçün uğurlu olmasını arzulayıram!