vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MƏMLƏKƏT  
19:11 | 13 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 1554 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əvvəlkilərdən fərqli seçki

Hacıqabulda şəhər ictimaiyyəti ilə səmimi görüş

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi getdikcə daha fəal şəkil alır. Avqustun 13-də Hacıqabul şəhər Mədəniyyət Mərkəzində deputatlığa namizəd və son beş çağırışda Azərbaycan Milli Məclisinin üzvü Rafael Hüseynovla görüş keçirilib.

Şəhər ictimaiyyətinin 300-dən artıq nümayəndəsinin toplaşdığı tədbirin əvvəlində Rafael Hüseynov auditoriyaya müraciətlə bildirib ki, bu salonda əvvəllər də dönə-dönə çıxış etsə, o cümlədən Milli Məclisə seçkilərlə bağlı xeyli görüşlərə qatılsa da, budəfəki görüş və qarşıdakı seçkilər bütün əvvəlkilərdən mahiyyətcə büsbütün fərqlənir. Çünki indiki parlament seçkiləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilmiş olduğu, 30 ilə yaxın müddətdə işğal altında saxlanmış, indi azadlığına qovuşmuş torpaqlarda bayrağımızın yüksəldiyi, o ərazilərdə və bütün ölkədə möhtəşəm quruculuq işlərinin getdiyi şəraitdə baş tutur.

Rafael Hüseynov Hacıqabulun inkişafı ilə bağlı son illərdə görülmüş genişmiqyaslı işlərdən və həllini gözləyən problemlərdən söz açıb, Milli Məclisin üzvü olaraq Hacıqabulun səsinin lazımi ünvanlara çatmasında, qaldırılan məsələlərin həllində göstərdiyi səylərdən bəhs edib.

Daha sonra Rafael Hüseynov görüşə toplaşanların çoxsaylı suallarını cavablandırıb.

Görüş bitdikdən sonra da ayrı-ayrı şəhər sakinləri xahiş və istəkləri ilə Rafael Hüseynova müraciət etmiş, bununla bağlı da geniş müzakirələr aparılıb.

Səmimiyyət şəraitində keçən görüş 2 saatdan artıq davam edib.