vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MEDİA-QHT  
17:24 | 19 iyul 2024 | Cümə Məqaləyə 1273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...“Sky News”un yayımı dayandı

İnternet kəsildi, ...

Dünyanın hər yerində “Microsoft”a kibertəhlükəsizlik proqramı təmin edən “CrowdStrike” sistemlərində yaranan problemə görə, hava yollarından tutmuş xəstəxanalara, banklara və yayım şirkətlərinə qədər bir çox sektorda texniki nasazlıqlar baş verir.

Microsoft nasazlığı aradan qaldırmaq üçün səylərin davam etdiyini bildirsə də, Böyük Britaniyanın əsas televiziya kanallarından biri olan “Sky News”da yayımlar da kəsilmə səbəbindən dayandırılıb.

Bu səhər telekanalda canlı yayım olmayıb. Bu barədə İdarə Heyətinin sədri Devid Rouds (Devid Rhodes) sosial media saytında verdiyi açıqlama verib.

“Sky News Sports”un aparıcısı Jaki Beltrao (Jacquie Beltrao) sosial media hesabında “yayında deyilik, çalışırıq” paylaşımını edib.

“Sky News Sports Service”dən Matt Kabir Floyd da kəsilmə zamanı öz paylaşımında “”Sky Sports News” da “Microsoft”un bu qlobal problemindən təsirləndi... Həqiqətən heç bir şey işləmir... Nə vaxt efirə çıxacağımızdan və ya efirin olub-olmayacağından əmin deyiləm. Tanrıya şükür saat 3.30-da oyandım”, – yazıb.

“Sky News” bir neçə saatlıq fasilədən sonra canlı yayımını bərpa edib.