Zabrat – Bakının Venesiyası
Küçələrdə yaranan gölməçələr sakinləri təngə gətirib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
14 min manata İran xurması
Oliqarxlar «kasıblayıb», Bakıda bahalı ağacları alan yoxdur…
-
Bakıda təyyarə qəzası
Xəsarət alan yoxdur
-
Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Kərpic zavod adlanan ərazidə kanalizasiya xətlərinin olmaması çətin vəziyyət yaradıb.
Xüsusən yağış yağan kimi qəsəbədə həyat iflic olur, piyada və avtomobillərin hərəkəti çox çətinləşir.
Cəlal Qaryağdı küçəsinin sakinləri sanki asfalt örtüyünün, kanalizasiya sisteminin kəşf olunmadığı dövrdəymiş kimi yaşayırlar.
Zabrat 2 qəsəbəsində də eyni vəziyyət hökm sürür.
Problemlə bağlı ''Azərsu” ASC-dən bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu qurulmayıb. Sakinlər fərdi qaydada primitiv şəbəkə yaradıblar. Bu səbəbdən də yağışlı hava onlara çox ciddi problem yaradır. Lakin Abşeron yarımadasında kanalizasiya infrastrukturunun yaradılması üçün master plan hazırlanıb və buna əsasən hər bir yaşayış məntəqəsində, eləcə də Zabratda bu sistemlərin qurulması planlaşdırılır.