Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
23:52 | 13 sentyabr 2024 | Cümə
Məqaləyə 3966 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ administrasiyası xarici ölkələrdə “sabitliyi pozan” fəaliyyətlə məşğul olduğu və Ukraynadakı müharibədə Moskva administrasiyasına əhəmiyyətli dəstək verməsini əsas gətirərək Rusiya mediasına qarşı yeni sanksiyalar elan edib.
Nazirlikdə keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın “Russia Today” dövlət kanalına bağlı 3 qurum və 2 şəxsə qarşı sanksiya qərarının verildiyini bildirib.
Blinken iddia edib ki, sözügedən qurumlar və şəxslər Rusiyanın dövlət mediası olan “Russia Today” ilə bağlı xarici dövlətlərdə ciddi dezinformasiyalar həyata keçirib və jurnalist fəaliyyətləri xaricində “gizli casusluq”la da məşğul olublar.
ABŞ dövlət katibi “Russia Today”in bir çox xarici ölkələrdə “sabitliyi pozan fəaliyyətlər” və dezinformasiya kampaniyaları, eləcə də Moskvanın Ukraynadakı müharibəsini qanuniləşdirməyə yönəlmiş bir çox fəaliyyətlər həyata keçirdiyini iddia edib.
““Russia Today” istəyir ki, onların yeni gizli kəşfiyyat imkanları uzun müddət davam edən dezinformasiya səyləri kimi gizli qalsın”, – deyə Blinken bildirib.
ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi açıqlamada Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən “Russia Today”i noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və bu çərçivədə sanksiyalar elan edib.
ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya “Russia Today” və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib, Moskva isə seçkilərə müdaxilə iddialarını rədd edib.