vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
20:55 | 23 avqust 2024 | Cümə Məqaləyə 177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

““Şimal axını” qanuni hədəfdir”

Rusiya XİN-in Çexiya prezidenti Pavelin açıqlamasına cavabı: “Terrorçu kimi danışır”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“PoliTalk” podkastına verdiyi müsahibədə Pavel iddia edib ki, hər hansı bir müharibə vəziyyətində strateji boru kəmərləri hədəfə alına bilər. Çexiya lideri 2022-ci ilin sentyabrında “Şimal axını” xətlərinə edilən hücumun arxasında Kiyev administrasiyasının dayandığına dair dəqiq məlumatı olmadığını vurğulayıb: “Hücum Avropaya təbii qaz və neft nəqlini kəsməklə Rusiyaya pul axınını dayandırmaq məqsədi daşıyırsa, o zaman bu kəmər qanuni hədəfə çevrilir”.

Pavelin bəyanatlarına Kreml dərhal cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən “Telegram” kanalında Pavelin “eynilə terrorçu kimi danışdığını” bildirərək açıqlamaya reaksiya verib.

“Şimal axını” boru kəmərlərinə hücumlar Rusiya və Almaniyanı Baltik dənizi ilə birləşdirən strateji xəttə böyük ziyan vurub.

Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin 14 avqust tarixli xəbərində təxribatın arxasında Kiyevin olduğu iddia edilib.

Şəxsiyyətləri gizli saxlanılan 4 ukraynalı məmura əsaslanan xəbərdə Ukrayna prezidenti Vladimir Zelenskinin əvvəlcə təxribat planını təsdiqlədiyi, lakin MKİ-dən reaksiya aldıqdan sonra qərarı geri götürdüyü iddia edilib. Buna baxmayaraq, Ukraynanın o zamankı Baş Qərargah rəisi Valeri Zalujninin əməliyyatı davam etdirdiyi iddia edilirdi.

Kiyev administrasiyası bu iddiaları təkzib etsə də, Rusiyanın xarici işlər naziri Sergey Lavrov əsl sifarişin ABŞ-dan gəldiyini əsas gətirərək hadisəyə görə Vaşinqtonu məsuliyyət daşıdığını deyib.

Almaniya avqustun 14-də öz istintaqı çərçivəsində bir ukraynalının həbsinə order verib. Təxribatı təşkil edən komandanın tərkibində olduğu iddia edilən Vladimir Z.-nin Polşaya qaçdığı bildirilib. Berlin rəhbərliyi Varşava ilə əlaqə saxlayıb, lakin şübhəlinin Polşanı tərk etdiyi iddia edilib.