vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
11:46 | 24 avqust 2024 | Şənbə Məqaləyə 174 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Meta”dan haker önləməsi

ABŞ siyasətçilərini hədəf alan İranla əlaqəli “WhatsApp” hesabları bloklanıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın rəqəmsal nəhəngi “Meta” avqustun 23-də iranlı haker qrupları ilə əlaqəli olan və ABŞ prezidenti Co Baydenə və ya onun sələfi Donald Trampa yaxın siyasətçiləri hədəfə ala biləcək bir sıra “WhatsApp” hesablarını blokladığını açıqlayıb.

Şirkətin açıqlamasına görə, bu hesablar müxtəlif ölkələrdə, xüsusən də İsrail, Fələstin, İran və Böyük Britaniya ilə yanaşı, ABŞ-dakı insanları ünsiyyət qurmaq və bir araya gətirmək üçün istifadə edilib.

“Görünür, onların səyləri ictimai xadimlərə, eləcə də siyasi və ya diplomatik məmurlara, o cümlədən prezident Co Bayden və keçmiş prezident Donald Trampın administrasiyası ilə əlaqəli şəxslərə yönəlib”, - şirkətin açıqlamasında deyilir. (Agence France-Presse)

Araşdırma zamanı məlum oldu ki, bu sadə fişinq üsullarından istifadə edən kampaniyalarla tanınan İran haker qrupu – ABT42 ola bilər.

“Meta” əvvəlki təhqiqatında bildirmişdi ki, bu qrup İran və İsraildəki insan haqları müdafiəçilərini, ABŞ-dakı siyasətçiləri və bütün dünyada İran məsələləri üzrə ixtisaslaşmış tədqiqatçılar və jurnalistləri hədəf almağa cəhdlər edib.

Hakerlərin istifadə etdiyi üsullara özünü “Yahoo”, “Google” və “Microsoft”un texniki dəstək işçiləri kimi göstərmək daxildir.

“Meta” bunu bəzi hədəflənmiş insanlar tərəfindən göndərilən xəbərdarlıqlar sayəsində fərq etdiyini izah etdi və haker cəhdlərinin heç birinin uğurlu olmadığını deyib.

Bu, İranın seçki kampaniyası zamanı siyasətçilərin e-maillarını sındırmaq cəhdində ittiham olunan ilk hal deyil. Haker hücumu noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdığı bir vaxta təsadüf edir.

Avqustun 10-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın kampaniya komandası “xarici mənbələri” günahlandıraraq haker hücumuna məruz qaldığını iddia etmişdi. ABŞ rəsmiləri hakerin həqiqətən də İranla əlaqəli olduğunu təsdiqləmişdi.