vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
15:42 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayden son səfərini Çinə edir

Milli təhlükəsizlik müşaviri Sallivan prezidentin görüşlərini təşkil etmək üçün ilk dəfə Pekinə gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan seçkilərdən sonra vəzifəsini təhvil verməyə hazırlaşan prezident Co Baydenin rəhbərlik etdiyi hökumətin Çinə sonuncu yüksək səviyyəli səfərini təşkil etmək üçün sabah Pekinə gedəcək.

Çinə ilk dəfə səfər edəcək Sallivan, Çinin xarici işlər naziri və Kommunist Partiyası Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi ilə görüşəcək və Çin ilə ABŞ arasında strateji dialoq görüşlərinin yeni mərhələsini keçirəcək.

Maraqlıdır ki, avqustun 27-29-da baş tutacaq səfər ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinə az qalmış təsadüf edir.

Vanq və Sallivan əvvəllər 2023-cü ilin mayında Vyanada, 2023-cü ilin sentyabrında Maltada və 2024-cü ilin yanvarında Banqkokda görüşüblər. Bu görüşlər iki ölkə liderləri arasında sonrakı üzbəüz və telefon danışıqlarına hazırlıq xarakteri daşıyıb. Digər tərəfdən, ikili Vanqın 2023-cü ilin oktyabrında Vaşinqtona səfəri zamanı da görüşüblər.

Sallivanın səfəri zamanı onun Bayden administrasiyasının Çin siyasətinin əsas məsələlərini təkrarlayacağı və demokratların seçkidə qalib gələcəyi təqdirdə növbəti hökumətin izləyəcəyi siyasətlərlə bağlı davamlılıq mesajı verəcəyi gözlənilir.

Sallivan və Vanq arasındakı danışıqlarda, prezident Bayden vəzifəsini tərk etməzdən əvvəl iki ölkə liderləri arasında, ola bilsin, telekonfrans vasitəsilə yekun sammitin planlaşdırıla biləcəyi proqnozlaşdırılır.

ABŞ Təhlükəsizlik Şurasının rəsmiləri səfərlə bağlı ölkə mətbuatına verdikləri brifinqlərdə bildiriblər ki, Sullivan ilə görüşləri zamanı ikitərəfli münasibətlərdə fetanil qaçaqmalçılığı ilə mübarizə, süni intellekt təhlükəsizliyi və risklərin idarə edilməsi, hərbi kommunikasiyanın saxlanması və digər dialoq mexanizmləri kimi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüş zamanı Sallivanın Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi, Cənubi Çin dənizində gərginliyin artması, Çinlə suverenlik mübahisəsində Tayvanın vəziyyəti kimi məsələləri də qaldıracağı gözlənilir.

Tərəflər həmçinin Qəzza böhranı, Ukrayna müharibəsi və Şimali Koreya kimi regional və qlobal məsələlərlə bağlı mövqelərini açıqlayacaqlar. Çin tərəfi Qəzza ilə bağlı qarşı tərəfə mənəvi üstünlük iddia edən, ABŞ tərəfi isə Ukrayna ilə bağlı qarşı tərəfə mənəvi üstünlük iddia edən yüksək ton işlədə bilər.

ABŞ rəsmisi mətbuata açıqlamasında Vaşinqton administrasiyasının diplomatik səylərin və kommunikasiya kanallarının davam etdirilməsinə önəm verdiyini, lakin bunun Çinə yanaşmanın dəyişməsi demək olmadığını vurğulayıb.

Rəsmi, “Bu, gərgin rəqabətə əsaslanan bir əlaqədir. Biz ittifaqlarımızı gücləndirməyə, sanksiyalar tətbiq etməyə, texnologiya və milli təhlükəsizliklə bağlı atmalı olduğumuz ağıllı addımları atmağa davam edəcəyik. Bu əlaqəni məsuliyyətlə idarə etmək və münaqişəyə çevrilməsinin qarşısını almaqda qərarlıyıq”.

ABŞ-dakı bəzi KİV-lər iddia edirdilər ki, Sullivan da çinli həmkarlarına ABŞ prezident seçkilərinə təsir etmək məqsədi daşıyan fəaliyyətlərdən çəkinmələri barədə xəbərdarlıq edəcək. Spekulyativ mövzu olsa da, səfər zamanı Amerika mətbuatının bu mövzuya diqqət yetirəcəyi ehtimalı var.

***

Vaşinqton iki ölkə arasında kommunikasiya və dialoq kanallarının saxlanmasını vurğulasa da, Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra ABŞ-ın texnologiya sahəsində Çin şirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərdə əhəmiyyətli dərəcədə artım var.

Bayden dövründə 120-dən çox şirkət ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı və Rusiyanın müdafiə sənayesi bazasını dəstəklədiyi səbəbi ilə “qara siyahı”ya (ixraca nəzarət siyahısı) əlavə edilib.

ABŞ Ticarət Departamenti avqustun 23-də elan edib ki, Ukrayna müharibəsi zamanı Rusiyaya fayda gətirəcək vasitə və xidmətlər təqdim etdiklərinə görə, bir çox Rusiya və üçüncü ölkə şirkətləri ilə yanaşı, 42 Çin şirkəti də sanksiyalar siyahısına daxil edib.

ABŞ Dövlət Departamentinin sanksiyalarla bağlı açıqlamasında Vaşinqtonun “Çindən Rusiyaya ixrac edilən ikili təyinatlı (hərbi və mülki) məhsulların həcmindən narahat olduğu” ifadə edilib: “Çindən idxal edilən məhsullar Rusiyanın müdafiə istehsalı dövründə ölkədəki kritik boşluqları doldurur. Bununla da ona silah istehsalına, müdafiə istehsalının artırılmasına və hərbi-sənaye bazasının gücləndirilməsinə kömək edir”.

Çin Ticarət Nazirliyi mövzu ilə bağlı verdiyi açıqlamada bu cür sanksiyaların beynəlxalq ticarət nizamı və qaydalarını sarsıtdığı, normal iqtisadi və ticarət mübadilələrinə mane olduğu, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərdiyi iddia edilib və Vaşinqton administrasiyası bu yanlış təcrübəyə son qoymağa çağırılıb.

Nazirlik Çinin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcəyini vurğulayıb.

***

Çin agentliyinin xəbərinə görə, o, əldə olunmuş razılaşmaların həyata keçirilməsində nə qədər irəliləyiş əldə edildiyini görmək üçün yaxşı fürsət olduğunu bildirib.

Çin və ABŞ-ın sammitdən bu yana diplomatiya, iqtisadiyyat, ədalət və iqlim dəyişikliyi sahələrində danışıqlar apardığına və iki ölkənin ordularının əlaqə saxladığına diqqət çəkən rəsmi, “Ancaq bu arada, ABŞ Çini mühasirəyə almaq və sıxışdırmaq strategiyasını davam etdirir, Çin də buna cavabsız qalmır. Çin-ABŞ münasibətləri kritik bir mərhələdədir və bir müddət tənəzzüldən sonra sabitləşməyə çalışır”.

Sinxuanın hesabatında Sallivan və Vanqın “milli təhlükəsizlik və iqtisadi fəaliyyətlər arasındakı sərhədləri”, “Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət kimi beynəlxalq və regional məsələləri" və “xüsusilə Tayvan məsələsini” müzakirə edəcəyi qeyd edilib.

Pekin administrasiyası suverenliklə bağlı mübahisəsi olduğu Tayvanı “milli maraqlarının mərkəzi” və adanın rəsmi müstəqilliyinə yönəlik hər hansı cəhdi isə “qırmızı xətti” kimi görür və Vaşinqton administrasiyasından Tayvanın müstəqilliyini təşviq edəcək hər hansı addımdan çəkinməyi və yalnız Çinə bağlı qalmasını tələb edir.

Vaşinqton Tayvanı rəsmən tanımasa da, 1979-cu il tarixli Tayvan Münasibətləri Aktına uyğun olaraq adanın özünümüdafiə qabiliyyətini təmin etmək üçün hərbi yardım göstərməyə borclu hesab edir.

***

Çox güman ki, Sallivanın təmasları zamanı Çinlə sahilyanı ölkələr arasında suverenlik mübahisəsinin yaşandığı Cənubi Çin dənizi, son aylarda Filippinlə yaşanan Spratli adaları ətrafındakı gərginlik gündəmdə olacaq.

Pekin administrasiyası Çinin bölgədəki suverenlik iddialarının “tarixi və hüquqi dəlillərə əsaslandığını”, sahilyanı ölkələrin mübahisələrini öz aralarında həll etməli olduğunu və ABŞ-ın regiondan kənar bir ölkə kimi problemə müdaxilə etməməli olduğunu tələb edir.

Vaşinqton 1951-ci il ABŞ-Filippin Qarşılıqlı Müdafiə Müqaviləsinin 5-ci maddəsinə əsasən, tərəflərdən birinə hücum olarsa, qarşı tərəfin onu müdafiə edəcəyini, Çin və Filippin sahil mühafizə gəmiləri arasında toqquşmalara səbəb olan münqaişənin isə 1951-ci ildəki sazişə əsasən ABŞ-ı regionda münaqişəyə cəlb etmək riskinin yaranacağını vurğulayır.