vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
09:51 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 288 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sərxoşlar maşın sür bilməz, amma təyyarəyə minə bilər?”

Hava limanlarında spirtli içkilərin məhdudlaşdırılması tövsiyə olunur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İldə milyonlarla insanı daşıyan İrlandiyaın “Ryanair” şirkətinin baş direktoru (CEO) Maykl O'Liri təyyarələrdə spirtli içkilərin məhdudlaşdırılması təklifini gündəmə gətirib.

O'Liri, hava limanlarında spirtli içkilərə məhdudiyyətlərin tətbiqinin uçuşlarda artan xuliqanlığı azaltmağa kömək edəcəyini söyləyib.

İngiltərə mətbuatına danışan CEO, insanların spirtli içki içməsinin əleyhinə olmadığını bildirərək, “Biz insanların sərxoş halda maşın sürməsinə icazə vermirik, amma yenə də onları təyyarələrə mindirməyə davam edirik”, – deyib.

Ekipajın və digər sərnişinlərin hədəfə çevrildiyini deyən O'Liri sərxoş sərnişinlərin aqressiv davranışlarına diqqət çəkib.

Böyük Britaniyada alkoqol və ya digər səbəblərdən qaynaqlanan pozucu davranış əhəmiyyətli cəzalarla nəticələnə bilər. Bunlara cərimələr, təyyarəyə buraxılmamaq və ya iki ilə qədər həbs daxildir.