vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
22:36 | 18 oktyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paytaxtın taksi sistemində xaos

Sürücülər yolu tanımır

MÖVZU İLƏ ƏLAQƏLİ

Taksi sürücülərinin naviqator problemi var. Vətəndaş bəzi qəzalara məhz naviqatorun səbəb olduğunu bildirib. Onlar deyirlər ki, əksər sürücülər yolları tanımır, nəzəri naviqatorda qalır, nəticədə də diqqət yayınır və qəzalar qaçılmaz olur. Sərnişinlərin taksi xidmətləri ilə bağlı narazı olduğu digər məqamlar da var.

Bu onlayn taksi xidməti sahəsində olan problemlərin sadəcə bir qismidir. Hər gün yüzlərlə vətəndaş belə taksilərin sürücüləri ilə problemlər yaşayır.

Xüsusilə təcrübəsiz sürücülərin şirkətlərdə taksi fəaliyyətinə cəlb olunması zaman-zaman qəzalara gətirib çıxarır. Belə ki, bir çox sürücü yolları tanımır, nəzəri naviqatorda qaldığından yoldan diqqət yayınır, bu isə qəzaları qaçılmaz edir.

Sakinlər deyir ki, bu sahədə daha çox problem yaşadıqları şirkətlər transmilli şirkətlərdir. Daha açıq desək, bazarı əla alan “Bolt” və “Uber”dir.

Məsələ ilə bağlı adı çəkilən şirkətlərlə əlaqə saxladıq, lakin onlar suallarımızı cavablandırmaqdan yayındılar. Yerli taksi şirkətlərinin rəhbərləri isə bildirdilər ki, onlayn taksi şirkətləri sürücüləri işə alarkən onlarla üz-üzə görüşmür, elə onlayn qaydada işə götürür. Bu səbəbdən də taksi bazarındakı problem getdikcə böyüyür.

Yerli taksi şirkətləri həmçinin iddia edir ki, ölkədə fəaliyyət göstərən transmilli şirkətlər onların fəaliyyətinə problem yaradır.

Nəqliyyat eksperti Ərşad Hüseynov da bildirdi ki, taksilərin pərakəndə fəaliyyəti nəqliyyat sistemində dözülməz vəziyyət yaradıb.

Ekspert problemin həlli yolunu mövcud taksi fəaliyyəti ilə məşğul olan subyektlərin fəaliyyətinin qanun çərçivəsinə salınmasında görür.

Yəqin ki, vahid taksi xidməti yaradıldıqdan sonra mövcud problemlərə son qoyulacaq. (Xezerxeber.az)