300-lük yola 7300 ödəmə – VİDEO
Taksi sürücüsünün turisti “soyması” Türkiyəni qarışdırdı
16:23 | 11 aprel 2025 | Cümə
Məqaləyə 423 dəfə baxılıb
Şriftin ölçüsü
Taksi sürücüsünün turisti “soyması” Türkiyəni qarışdırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Belçikada baş verən dəhşətli qəzada ölənlər və yaralananlar var
Ölənlər var
İtki yoxdur
Tankerində partlayışında ən azı 30 ölü, 40-dan çox yaralı var
Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış
Paytaxtda on minlərlə insan elektriksiz qaldı
17 ölü, 21 yaralı
5 ölü
Kolumbiyadakı insidentdə 12 polis ölüb, 5 yaralı var
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Almaniya polisi şahid axtarır
Fransada taksi sürücüləri hökumətə qarşı kütləvi aksiyalara hazırlaşır
76 nəfər öldü
Fransa istehsalı avtomobillərin əyləc sistemindəki nasazlıq nazirliyi hərəkətə keçirdi
Son günlərdə baş verən taksi sürücüsünün qəzası Azərbaycan ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Hadisə medianın əsas gündəm mövzularından birinə çevrilsə də, bu xəbərin işıqlandırılmasında bir sıra etik və peşəkar çatışmazlıqlar müşahidə olunur.
Ən önəmli məqamlardan biri, qəzanın səbəbinə dair hələ də rəsmi qurumlar tərəfindən ictimaiyyətə təqdim olunmuş dəqiq və təsdiqlənmiş məlumatın olmamasıdır. (Və ya var informasiya kirliliyindən mən görməmişəm) Bununla yanaşı, media orqanlarının bir qismi məsələni araşdırmadan, təsdiqlənməmiş versiyalara əsaslanaraq başlıqlar hazırlayır və auditoriyanın diqqətini çəkmək üçün sensasiyalı yanaşmalara üstünlük verir. Məsələn, “Qəza edən sürücünün gəlini danışdı”, “Sürücünün qohumu açıqlama verdi” kimi başlıqlar hadisənin mahiyyətindən çox, şəxsi və emosional aspektlərinə fokuslanır.
Bu cür məlumatların yoxlanılmadan yayımlanması ciddi informasiya kirliliyinə səbəb olur. Nəticədə, cəmiyyət hadisənin səbəbləri barədə rəsmi və obyektiv informasiya olmadan fikir yürütməyə başlayır. Belə şəraitdə bir qrup şəxs sürücünü günahsız hesab edərək yardım kampaniyaları təşkil edir, digər qrup isə bütün məsuliyyəti sürücülərə yükləyərək sərt cəza tədbirlərini tələb edir.
Halbuki jurnalistikada əsas prinsip faktların yoxlanması, balanslı yanaşma və rəsmi mənbələrə istinad etməkdir. Məlumatın yalnız sürücünün ailə üzvünün ifadəsinə əsasən təqdim olunması, ekspertiza rəyi və ya hüquq-mühafizə orqanlarının açıqlaması olmadan xəbərləşdirilməsi, medianın ictimaiyyəti dezinformasiya ilə yönləndirməsinə səbəb olur.
Bu səbəbdən, media nümayəndələrinin məsuliyyətli davranması, rəsmi qurumların isə vaxtında və şəffaf şəkildə informasiya təqdim etməsi vacibdir. Yalnız bu halda cəmiyyət hadisələrin obyektiv qiymətləndirilməsinə və sağlam ictimai müzakirələrin aparılmasına şərait yarada bilər.