Gender balans istəyi
AB Komissiyasının sədri komandasına qadın üzv tapa bilmir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Miqrantlar üçün konslagerlər
Avropa Birliyi ölkələri pulsuz müayinəni kəsib, ödəmələri dayandırıb, sərhədləri bağlayıb, ...
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
İçərisində güllələr olan zərf
Sui-qəsdə uğrayıb möcüzə nəticəsində sağ qalan baş nazir növbəti dəfə təhdid olunub
-
100-dən çox şirkət paktı imzalayıb
Avropa Birliyinin süni intellekt qanunu 2026-da qüvvəyə minəcək
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
2,2 milyardlıq ziyan
İqlim dəyişikliyi Avropada daşqın ehtimalını iki dəfə artırıb
-
Avropa sellənir
Güclü yağışların fəsadı qitəni bürüyüb
-
1.5 milyardlıq cərimə ...
AB məhkəməsi “Google”a qərarı ləğv edib
-
Yeni təyinatlar açıqlanıb
Sədrin beş müavini olacaq
-
Sərt qaydalar gəlir
Şengen zonasına Almaniyadan sonra bir zərbə də Hollandiyadan
-
AB sammitində istefa gətirən qalmaqal
Fransanın Avropa Komissiyasındakı “ağır toplarından” biri sədri “şübhəli idarəçilikdə” günahlandırıb
-
Avropa sıxılmış qaza önəm verir
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
-
Hollandiya fövqəladə vəziyyətə hazırlaşır
Hökumət AB-nin immiqrasiya qaydalarından çıxmaq və problemi öz bildiyi kimi həll etmək istəyir
-
İnsan haqları və miqrant razılaşması arasında
Tunis demokratiyasının seçkilər öncəsi vəziyyəti Avropa Birliyini narahat edir
-
Almaniya nağılı bitirir
Şengen heç vaxt belə çətin vəziyyətə düşməmişdi
-
100 ildə bir ...
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyenin 6-9 iyunda keçiriləcək seçkilərdən sonra quracağı 5 illik yeni komandada gender balansını təmin etmək üçün AB ölkələrinə qadın üzvlər təklif etməsi tələbi nəticəsiz qalıb.
Seçkilərdən sonra von der Leyen iyulun 18-də Avropa Parlamentində (AP) etimad səsverməsi alaraq ikinci dəfə Komissiyanın sədri seçilib. İyulun 25-də üzv ölkələrə məktub göndərən von der Leyen onlardan avqustun 30-dək Komissiyaya üzvlər təklif etmələrini istəyib.
Von der Leyen sentyabrın ilk həftəsində təklif olunan adları qiymətləndirməyi planlaşdırır. Daha sonra sentyabr və oktyabr ayları ərzində Komissiya üzvləri AP-nin müvafiq komitələrində çıxış edəcək və sual-cavab sessiyalarında iştirak edəcəklər. Komitələrin qeydləri ilə yeni adlar bütün kabinet olaraq AP Baş Assambleyasından etimad səsi alacaqlar.
27 üzv dövlətin hər biri AB-nin icra orqanı olan Komissiyaya bir üzv göndərmək hüququna malikdir. Komissarlar AB-nin icra hakimiyyətinin ən yüksək vəzifəli şəxsləridir və milli hökumətlərdəki nazirlər kimi, hər biri ticarət, kənd təsərrüfatı və əmək kimi məsələlərə cavabdehdirlər.
Bununla belə, Komissiya sədrinin formalaşdıracağı “kabinet”lə bağlı üzv ölkələrdən xüsusi müraciəti olub. AB-nin ilk yüksək səviyyəli qadın icraçı direktoru Von der Leyen gender balansının qorunacağını söyləyib və buna görə də hər bir üzvdən bir deyil, iki ad, biri kişi və bir qadın təklif etmələrini istəyib.
Bu tələb üzv ölkələri bir qədər çətin vəziyyətə salıb. Sabah son gün olsa da, Von der Leyen də daxil olmaqla, indiyə qədər təklif edilən 24 addan yalnız 7-si qadındır.
İndiyədək Belçika, İtaliya və Bolqarıstandan başqa bütün üzvlər təkliflər verib. Almaniya öz hüququndan Von der Leyenin öz adından istifadə etdiyi halda, Estoniyadan gələn növbəti Komissiya üzvü AB liderləri tərəfindən Cosef Borrell əvəzinə "Ali Nümayəndə" kimi tövsiyə edilən Kaja Kallas olub.
Bunlardan başqa, Von der Leyenin istəyinə müsbət cavab yalnız İspaniya, Portuqaliya, İsveç, Finlandiya və Xorvatiyadan gəlib.