vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
19:15 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100 ildə bir ...

Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropada ötən həftə sonu 30 dərəcə ətrafında olan havanın birdən-birə 0 dərəcəyə enməsi, bəzi bölgələrdə leysan yağış və qar yağması gündəlik həyatı mənfi təsir edir.

Avstriya, Çexiya, Almaniya, Macarıstan, Polşa və İtaliya kimi ölkələrdə qəfil hava dəyişikliyi səbəbiylə səlahiyyətlilər daşqın və sürüşmə kimi təbii fəlakətlərə qarşı xəbərdarlıq edərək, əlverişsiz hava şəraitinin milli və ya beynəlxalq dəmir yollarına və avtomobil yollarına təsir göstərə bilməsi səbəbiylə planlaşdırılan səfərlərin daha sonrakı tarixlərə təxirə salınmasını tövsiyə edib.

 

Avstriya

Mütəxəssislər əlverişsiz hava şəraitinin ən çox Mərkəzi Avropada təsirli olduğu ölkə üzrə güclü yağış nəticəsində hər kvadratmetrə 200-300 kubmetr su düşdüyünü qeyd edərək, yağışın sabah da davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Xüsusilə Şimali Alp dağlarının yerləşdiyi 1300-600 metr hündürlükdə bölgədə qar yağdığına diqqət çəkilərək, Yuxarı Steirmark, Yuxarı Avstriya, Aşağı Avstriya, paytaxt Vyana və Şimali Burgenlandda yaşayanlara sel və fırtına kimi fəlakətlər səbəbiylə çox vacib olmayan işlərinin başqa zamana qədər təxirə salmaları tövsiyə edilib..

Avstriya Dəmir Yolları tərəfindən edilən açıqlamada əlverişsiz hava şəraiti səbəbiylə bəzi dəmir yollarının bağlandığı, xüsusilə Salzburq və Klagenfurt arasındakı qatarların qar yağışından təsirləndiyi bildirilib.

Ölkənin Salzburq şəhərində bir çox küçələr nəqliyyata bağlanıb, Ştiriyadakı əyalətində isə elektrik enerjisi kəsilib.

Avstriya kansleri Karl Nehammer əlverişsiz hava şəraiti səbəbindən yanğınsöndürmə idarəsindən tutmuş polisə qədər bütün personalın ola biləcək fəlakətə qarşı hazır vəziyyətdə olduqlarını, ehtiyac duyulduğu təqdirdə ordunun lazım bildiyi bölgələrə göndəriləcəyini bildirib.

 

Çexiya

Çexiyada yağan güclü leysan demək olar ki, bütün ölkəyə təsir edib. Ölkənin xüsusilə Bohemiya-Moraviya bölgələrində daşqın riski səbəbindən Mərkəzi Böhran Şurası toplanıb.

Ətraf Mühit Naziri Petr Hladik görüşdən sonra verdiyi açıqlamada Bohemiya-Moraviyanın dağlıq bölgəsində vəziyyətin çox daha kritik olacağını və bu bölgələrə yaxın bəzi çaylarda daşqınların baş verəcəyini bildirib.

Bu bölgələrdə vətəndaşların hələlik təxliyə olunmayacağına diqqət çəkən nazir, yanğınsöndürənlər, polislər və könüllülərin də olduğu 100 min insanın baş verə biləcək fəlakətlərə qarşı hazır vəziyyətdə saxlanıldığını bildirib.

 

Polşa

Mərkəzi Avropada əlverişsiz hava şəraitinin təsirli olacağı gözlənilən ölkələrdən biri olan Polşada mütəxəssislər leysan yağışlar səbəbindən çayların məcrasının daşması səbəbindən daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Polşanın baş naziri Donald Tusk ölkədəki bütün uniformalı zabitlərin mümkün daşqınlara görə hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

 

Macarıstan

Macarıstan səlahiyyətliləri, Dunay çayının ortasından keçdiyi paytaxt Budapeştdə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə arta biləcəyi və Avstriyada yağan güclü yağışlar səbəbindən mümkün daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

 

Slovakiya

Slovakiyada dünən başlayan yağışların həftə sonu da davam edəcəyi ilə bağlı xəbərdarlıq edən səlahiyyətlilər, başda paytaxt Bratislava olmaqla bir çox şəhərdə həyəcan səviyyəsinin 3-ə yüksəldildiyini bildirib.

Səlahiyyətlilər güclü yağışlar səbəbindən xüsusilə Bratislavada fövqəladə hava şəraiti elan edib.

 

Mövsümün ilk qarı İtaliyanın Alp dağlarına düşüb

Məlumat verilib ki, havanın temperaturu mövsüm normaları ilə müqayisədə sürətlə aşağı düşən İtaliyanın şimal bölgələrinə ötən gün qarı yağıb. İtaliya mətbuatında yer alan xəbərlərə görə, Alp dağlarının İtaliya tərəfində 1500 metr yüksəklikdə yerləşən Kolfosko qəsəbəsinə ötən gecə mövsümün ilk qarı yağıb. O da bildirilib ki, rayonda qar yağmasına hazırlıqsız qalan sürücülərin bəziləri qarlı dağ yollarında çətinliklə üzləşib.

Bu arada, şimaldakı Alto Adige bölgəsində 57 yaşlı kanadalı turistin qar fırtınasının ortasında qalaraq həyatını itirdiyi ifadə edilib. Digər tərəfdən, bu həftədən etibarən soyuq dalğanın təsiri altında olan İtaliyada şiddətli fırtına və leysan yağışların ola biləcəyi və bunların dərə və çaylarda daşqınlara səbəb ola biləcəyi bildirilib.

Baş nazirlik Mülki Müdafiə Birliyi də fırtına və şiddətli yağış səbəbiylə 13 bölgədə “sarı” 3-cü dərəcəli xəbərdarlıq edib. Fırtınalı dəniz şəraiti səbəbiylə Işia və Procida kimi bəzi kiçik adalara nəqliyyatın kəsildiyi və bərə xidmətlərinin müntəzəm olaraq həyata keçirilə bilmədiyi də bildirildi.

 

Almaniya

Almaniya Meteorologiya İdarəsi (DWD) Saksoniyanın bəzi bölgələrində güclü yağışın olacağı barədə xəbərdarlıq edib. Buna görə də Karola körpüsünün dağılmasından sonra xüsusilə Drezden daha dramatik günlərlə üzləşə bilər.

Saksoniya ştatında hər kvadratmetrə 100 kubmetr, Bavariyada isə 150-200 kubmetr qədər güclü yağış gözlənilir. Meteoroloq həmçinin Bavariya kimi bölgələrdə güclü qar yağacağını gözləyir.

 

Fransa

Artıq bir neçə gündür ki, Fransada soyuq hava şəraiti davam edir. Fransa meteorologiya xidmətinin məlumatına görə, bu səhər ölkə ərazisində havanın temperaturu mövsüm normalarından 7-8 dərəcə aşağı olub.

Ölkənin Haute-Marne əyalətinin Şaumont-Semoutiers kəndində bu gün səhər saatlarında havanın temperaturu 1 dərəcədən aşağı düşdüyü halda, Meuse əyalətinin Vasinkurt kəndində 2 dərəcə olaraq ölçülüb.

Fransanın Korsika adasında dünən fırtına və güclü külək səbəbindən sarı həyəcan elan edilib. Pis hava şəraiti səbəbindən adada 4 hava limanı bağlanıb və dünən yerli vaxtla saat 18.40-dan etibarən bütün gözlənilən uçuşlar ləğv edilib.

 

Avropaya gedən britaniyalı turistlərə ekstremal hava hadisəsi ilə bağlı xəbərdarlıq ediblər

 

İngiltərə Meteorologiya Bürosu (Met Office) tərəfindən edilən şərhdə, Avropaya gedən İngilis turistlərə 1 metr qar proqnozu ilə “100 ildə bir dəfə” ekstremal hava hadisəsinə qarşı xəbərdarlıq edildi.

Açıqlamada, “Həftənin sonuna qədər Mərkəzi və Cənubi Avropada 200-300 mm (sentyabrın orta hesabla iki dəfə) həddindən artıq yağış yağa bilər. Soyuq havalar təsirini artırdığı üçün bəzi çaylarda 100 ildə bir görülən hadisələr baş verə bilər”, – deyilib.

Bundan əlavə, bəyanatda Alp dağlarının bəzi hissələrinə 1 metrdən çox qar yağa biləcəyi vurğulanıb.

Mərkəzi Avropanın bəzi hissələrinə təsir edəcəyi gözlənilən həddindən artıq yağışın Almaniya, Macarıstan və Slovakiyanın bəzi bölgələrində də müşahidə oluna biləcəyi proqnozlaşdırılır.