vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
16:25 | 1 sentyabr 2024 | Bazar Məqaləyə 212 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ənbar səhrasında “acı zərbə”

İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaşinqton və Bağdad Ənbar səhrasında İŞİD terror təşkilatına qarşı birgə əməliyyat keçirildiyini, partlayıcı kəmərləri işə salan İŞİD liderlərinin öldürüldüyünü, bəzi ABŞ əsgərlərinin isə yaralandığını açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) avqustun 29-da səhər saatlarında İraq qüvvələri ilə birlikdə İraqın qərbində əməliyyat keçirdiklərini və 15 İŞİD elementini məhv etdiklərini açıqlayıb.

CENTCOM-un verdiyi açıqlamada deyilir: “Bu qrup çoxlu silah, bomba və partlayıcı kəmərlərlə silahlanmışdı”.

ABŞ müdafiə mənbəsi əməliyyatda 7 ABŞ əsgərinin yaralandığını bildirib.

Digər tərəfdən, İraq ordusu ABŞ qüvvələri ilə birgə həyata keçirdiyi əməliyyatı təşkilata “acı zərbə” kimi qiymətləndirərək, Ənbarın qərbində coğrafi baxımdan çətin bir bölgədə bir çox yüksək səviyyəli terrorçu liderin öldürüldüyünü bildirib.

İraq ordusundan verilən açıqlamada terrorçuların təfərrüatları, adları və fotoşəkillərinin DNT testi prosesi tamamlandıqdan sonra açıqlanacağı bildirilib.