vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
10:46 | 18 iyul 2024 | Cümə axşamı Məqaləyə 384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD dirilir?

Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın qərbindəki Aynu'l Əsəd Hava Bazasına iki pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücum edildiyi halda, ABŞ ordusunun Mərkəzi Komandanlığı terror təşkilatı İŞİD-in Suriya və İraqda hücumlar həyata keçirərək “özünü yenidən diriltməyə” çalışdığı barədə xəbərdarlıq edib.

Baş nazir Məhəmməd Şia əl-Sudaninin vasitəçiliyi ilə fevral ayında iranyönlü qrupların ABŞ qüvvələrinə qarşı hücumları dayandırıldıqdan və tərəflər bir-birinə hücum etməyə çəkindikdən sonra çərşənbə axşamı Ayn əl-Əsəd Hərbi Hava Bazasının iki PUA ilə hədəfə alınması bu mövzuda gərginlik olaraq qiymətləndirilib.

İraq hökuməti dərhal açıqlama verməsə də, İŞİD terror təşkilatının Seyyid əl-Şüheda Briqadalarının mütəxəssisi Kazım əl-Fartusi açıqlamasında əməliyyatı dəstələyərək, “İraqda ABŞ və beynəlxalq qüvvələrin yerləşdirildiyi Aynu'l Əsəd hava bazasını PUA-larla hədəf almaq, ABŞ-ın davranışlarına və İraqın daxili işlərinə açıq-aşkar müdaxiləsinə reaksiyamızdır”, – deyib.