Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:00 | 18 iyul 2024 | Cümə axşamı
Məqaləyə 456 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın xarici işlər naziri Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında mətbuat konfransı keçirib. Ukraynadakı vəziyyətlə bağlı danışan Lavrov, “Minsk razılaşması həyata keçirilsəydi, Ukrayna Krım istisna olmaqla, 1991-ci il sərhədlərini qoruyub saxlayacaqdı”, – deyib.
Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh təklifi”nin birtərəfli və qəbuledilməz olduğunu vurğulayan Lavrov, 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda sülhün əldə olunmaq üzrə olduğunu xatırladıb və “İngiltərənin o zamankı baş naziri Boris Conson Ukraynaya müqavilə imzalamamağı tapşırmışdı və ona görə də masanı tərk etdilər”, – deyib.
Lavrov: “Ukraynaya silah yardımını dayandırsanız, müharibə bitəcək”, – deyib.
***
NATO-nun ədalətsiz və aqressiv siyasət yürütdüyünü qeyd edən Lavrov Avrasiya təhlükəsizlik modelini müdafiə etdiklərini bildirib.
Lavrov bu modelin bərabərliyə əsaslanacağını və hər kəsin maraqlarını qoruyacağını bəyan edib.
***
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukraynaya dəstəyin kəsilməsini müdafiə edən yeni vitse-prezidentliyə namizəd Ceyms Vens seçilsələr, münasibətlər necə olacaq sualına Lavrov, “Amerika xalqının seçdiyi istənilən liderlə işləməyə hazırıq”, deyib.
Lavrov Trampın prezidentliyi dövründə Rusiyaya qarşı intensiv iqtisadi və diplomatik sanksiyaların tətbiq edildiyini, lakin buna baxmayaraq, “ən yüksək səviyyədə dialoq kanallarının açıq olduğunu” bildirib.
ABŞ-ın hazırkı administrasiyası ilə heç bir dialoqun olmadığını deyən Lavrov münasibətlərin hörmətli və bərabər əsasda olmasının lazım olduğunu vurğulayıb.