vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
20:02 | 6 aprel 2014 | Bazar Məqaləyə 1778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ iki gəmi göndərəcək

Çak Heygel Asiyada səfərdədir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Müdafiə naziri Çak Heygel Vaşinqtonun Şimali Koreya tərəfindən hədələrin qarşısını almaq məqsədilə Yaponiyaya raket əleyhinə iki hərbi gəmi göndərməyi planlaşdırdığını deyib.

Çak Heygel yaponiyalı həmkarı İtsunori Onodera ilə görüşdən sonra Tokioda keçirilən birgə mətbuat konfransında bildirib ki, AEGİS hərbi gəmilərinin Yaponiyaya 2017-ci ilə qədər göndərilməsi nəzərdə tutulur. Bununla ABŞ-ın raket əleyhinə müdafiə qüvvələri gücləndirilərək, yeddi hərbi gəmiyə çatdırılacaq.

ABŞ müdafiə naziri bu açıqlamanı Şimali Koreyanın raket və nüvə sınaqlarını davam etdirməklə hədələyərək, qonşuları ilə gərginliyi daha artırmasından sonra verib.

Çinə səfəri ərəfəsində Çak Heygel eyni zamanda, Pekini regional münasibətlər və ərazi mübahisələri zamanı öz nüfuzundan məsuliyyətlə istifadə etməyə çağırıb.

Pentaqon rəhbəri Birləşmiş Ştatların müttəfiqlərini regionda müdafiə sahəsində razılaşmalara sadiq qaldığını çatdırmaq üçün Asiya-Sakit okean hövzəsi ölkələrinə 10 günlük səfər edir.