vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
01:18 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1560 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Radikallar yolverilməzdir!»

«Bütün məsələlər Ukraynanın ərazi bütövlüyünə bağlıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Avroparlamentari, sosial-demokratlar fraksiyasının sədr müavini Libor Rusek (Libor Roucek) aprelin 8-də Avropa Parlamentində «Ukraynada demokratiyanın yaradılması: yeni hədəflər və perspektivlər» mövzusunda konfransda çıxış edib.

Çıxış zamanı o, Ukraynada radikal qüvvələrin hakimiyyətə gəlməsinin yolverilməz olduğunu deyib, istər «Pravıy sektor», istərsə də yeni yaranmış Russkiy sektor» hakimiyyətə gəlməli deyillər», - deyə bildirib.

Bununla yanaşı, Libor Rusek Ukraynanın bütün problemlərinin yekunda ərazi bütövlüyünün qorunmasına gətirib çıxardığını deyib. «İstər seçkilərin şəffaflığı, istər vergilərin mərkəzi büdcəyə verilməsi, istər korrupsiya ilə mübarizə və ya digər məsələlər Ukraynanın ərazi bütövlüyünə bağlıdırlar», - o əlavə edib.

Həmçinin avroparlamentari Aİ-nin Rusiya ilə soyuq müharibəyə başlamaq fikrində olmadığını, «Avropanın qərbindən Rusiyanın şərqinədək» hər kəsin Ukrayna ilə əməkdaşlıq etməli olduğunu söyləyib. Buna baxmayaraq, o, Rusiyanın indiyədək heç vaxt bu cür aqressiv propaqanda yürütmədiyini də qeyd edib.