vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
10:08 | 19 iyun 2014 | Cümə axşamı Məqaləyə 1691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Evdən İŞİD açıqlaması

«ABŞ təhlükəsizliyin tək qarantı ola bilməz»

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları rəhbərliyi İraqa quru qoşunları göndərməyəcək. Bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib. Onun sözlərinə görə, İraq hökuməti Vaşinqtona radikal qruplaşmalarla mübarizədə yardım üçün müraciət edərək, ABŞ-dan «İraq Şam İslam Dövləti» qruplaşmasının mövqelərinə hava zərbələri endirməyi xahiş edib.


«Biz buna milli təhlükəsizliyimizlə bağlı maraqlarımızın prizmasından baxırıq. Prezidentimiz də İraqa hərbi hissələrin göndərilməsindən başqa heç bir variantı istisna etmir. O, həmişə belə bir mövqeyi müdafiə edib ki, ABŞ ali baş komandanın lazım bildiyi məqamda özünün milli təhlükəsizliyi ilə bağlı maraqlarının müdafiəsinə qalxmaq hüququnu qoruyub saxlayır» - deyə, Cey Karni bildirib.

Ağ Evin rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatların birbaşa hərbi əməliyyatlarda iştirakı İraqın problemlərini həll etməyəcək. « Amerika Birləşmiş Ştatları İraqdakı təhlükəsizliyin tək qarantı ola bilməz «, - Cey Karni belə deyib.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Çak Heyqel bildirmişdi ki, İraqdakı vəziyyətə görə məsuliyyəti ABŞ-ın üzərinə yıxmaq lazım deyil, çünki İraqın hazırkı hökuməti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və sünnilərlə və kürdlərlə əməkdaşlıq etməyib.