vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:23 | 21 iyun 2014 | Şənbə Məqaləyə 1559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Poroşenko hərbi formada

Yeni prezident Şərqi Ukraynada 1 həftəlik atəşkəs elan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Petro Poroşenkonun sözlərinə görə, iyunun 20-dən etibarən Ukraynanın şərq əyalətlərində atəşkəs elan olunacaq. Bir həftə boyunca davam edəcək bu prosesdə üsyançıların tərk-silah olmaları üçün iyunun 27-nə kimi vaxt veriləcək. Məlumatı «Reuters» xəbər agentliyi yayıb.


Poroşenkonun Donetsk bölgəsinə səfəri çərçivəsində mətbuata verdiyi açıqlamalarda «Bu gün, iyunun 20-dən etibarən Ukrayna ərazisində atəşkəs elan olunur. Atəşkəs iyunun 27-nə kimi davam edəcək. Ukrayna ordusu tərəfindən ölkənin şərq əyalətlərinə heç bir hərbi müdaxilə edilməyəcək. Ancaq üsyançıların açdıqları atəşə cavab olaraq, ordu atəşkəsi poza bilər», - deyə bildirmişdir.

Poroşenkonun bu açıqlamalarının ardından qondarma Luqansk Xalq Respublikası lideri Valeriy Bolotov «İnterfax-Ukraine» xəbər agentliyinə verdiyi açıqlamalarda söyləmişdir ki, Poroşenkonun bu təklifi qəbul olunmazdır və Ukrayna ordusu onların torpaqlarını tərk edənə qədər döyüşlər davam edəcək.

Xatırladaq ki, Ukraynanın şərq əyalətlərində Ukrayna təhlükəsizlik qüvvələri və Rusiya yönümlü separatçılar arasında toqquşmalar aprel ayından başlayaraq davam edir. Silahlı üsyançılar rəsmi Kiyevdən ayrıldıqlarını və müxtariyyətə iddialı olduqlarını bəyan edirlər. Onların fikrincə, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra yaranan dövlət qanunsuzdur və onlar da öz növbələrində bu qeyri-qanuni hökumətin tərkib hissəsi olmaqdan boyun qaçırırlar.

Ukraynada olan bu gərginlikdən narahat olan Qərb liderləri ölkədəki müharibə vəziyyətinin artımında Rusiyanı günahkar bilirlər. Belə ki, onların sözlərinə görə, konfliktin həllinə çarə tapmaq yerinə, Rusiya separatçıları dəstəkləyir, onları pul və silah-sursatla təmin edir.


Rusiya atəşkəs rejimini tənqid edir


Rəsmi Moskva Poroşenkonun atəşkəs elan etməsini tənqid edir. KİV-ə verdiyi açıqlamalarda «Bu addım sülh və danışıqlara dəvət deyil. Ölkənin cənub-şərqində olan üsyançılara bir ultimatumdur», - deyə rəsmi Kreml bildirmişdir.

Həmçinin rəsmi Moskva yaxın günlərdə Ukrayna ordusunun «təsadüfi və ya qəsdən» Rusiya ilə sərhəd bölgələrinə hərbi müdaxiləsi ilə bağlı da açıqlamalar gözləyir.

 

Sülh planı

 

Poroşenkonun atəşkəs planı hazırlandıqdan bir neçə saat sonra elan edildi.

14 maddədən ibarət olan planın tərkib hissəsi kimi üsyançıların konstitusiya islahatları ilə tərk-silah olmaları və mərkəz hökumətə tabe olmaları nəzərdə tutulur. «Ağır cinayətlər»də günahkar olmayan üsyançıların əfv olunacaqları bildirilir. Həmçinin Ukrayna və Rusiya sərhəddi boyunca Rusiyadan gələn silah və pul axınının qarşısını almaq üçün 10 km ərazi demilitarizasiya zonası kimi fəaliyyət göstərəcək.

 

Rusiya ordunu sərhədə göndərir

 

İyunun 20-si rəsmi Kreml Rusiyanın Ukrayna sərhəddinə ordu göndəriləcəyini bəyan edib. Vladimir Putinin sözçüsü Dmitriy Peskov bu addımın artıq bir neçə həftə əvvəl qərarlaşdırıldığını bildirib.

Peskovun sözlərinə görə, sözügedən addımın atılması Rusiya sərhədlərində təhlükəsizliyin təmin olunması ilə bağlıdır və bu qərar öncədən Qərb liderləri ilə razılaşdırılmışdır. Onların indiki tənqidi reaksiyası isə çox «təəccüblüdür».

Eyni gündə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Putinlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, üsyançıların silahlarını yerə qoyaraq atəşkəsin şərtləri ilə razılaşmaları üçün Putinin onları yola gətirməsini xahiş ediblər.