vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
14:58 | 27 iyun 2014 | Cümə Məqaləyə 1490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sən saydığını say...

ABŞ iqtisadiyyatı üzüaşağı gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ iqtisadiyyatında bu ilin əvvəli təxmin ediləndən daha çox enmə müşahidə edilib. Ticarət departamentinin açıqladığı hesabatda illik tempə uyğun olaraq iqtisadiyyatda yanvar, fevral və mart aylarında 2.9 faiz enmənin müşahidə edildiyi göstərilir.


Bu, əvvəl təxmin ediləndən daha pis göstərici və son beş ildə iqtisadiyyatda ən zəif artım kimi dəyərləndirilir.

İqtisadçılar enməni qış mövsümü qeyri-adi sərt hava şəraiti ilə əlaqələndirir. Ekspertlərin çoxu problemin müvəqqəti xarakter daşıdığını təxmin edir.

Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Ceyson Furman aprel və may aylarında göstəricilərin iqtisadiyyatın yoluna düşdüyünə və tezliklə iqtisadi artımın bərpa ediləcəyinə işarə etdiyini bildirib.

Ancaq çərşənbə günü açıqlanan daha bir araşdırmada bu tendensiyanın əksi  olaraq, uzun müddət üçün istifadə məqsədilə istehsal olunan sənaye mallarına tələbatın may ayında gözlənilmədən düşdüyü göstərilir.