«Davudoğlunun bəyanatı çox gecikib»
Fərhad Mehdiyev: «BMT məsələsi də sadəcə boş hekayədir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
BMT kürsüsündə komik an
Susayan Haiti lideri Fils suyu küpdən içib
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Cəsarət və liderlik lazımdır”
Şarl Mişel: “BMT TŞ-də daimi yer imtiyaz deyil, məsuliyyətdir”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bildirib ki, Türkiyə böyük təhlükə qarşısındadır. Bunun səbəbi isə BMT Təhlükəsizlik Şurasının Suriya və İraqda acınacaqlı vəziyyətə vaxtında müdaxilə etməməkdir. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən politoloq Fərhad Mehdiyev bildirib ki, Davudoğlu gecikmiş addım atıb:
«Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu kifayət qədər gecikmiş bir bəyanatdır. İŞİD-in Türkiyə üçün təhlükə olduğu zatən bəri başdan bəlli idi. İŞİD-in İraq Kürdistanını daha da gücləndirəcəyi, onun neftinin dünyaya çıxarılması planına xidmət etdiyini də anlamaq mümkündür. AKP hökumətinin bunu vaxtında başa düşmədiyini düşünmək sadəlövhlük olar. Onlar bunu çox gözəl bilirdilər. Davudoğlunun bu fikirləri də, məsuliyyəti öz üzərilərindən atmağa hesablanmış bir bəyanatdır. BMT məsələsi də sadəcə boş hekayədir. Rusiya olduğu yerdə BMT Suriya barəsində qərar verə bilməz».
Xatırladaq ki, iyunun 10-da «İraq Şam İslam Dövləti» (İŞİD) adlanan terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər. İŞİD-in hücum edəcəyi ölkələrlə bağlı yaydığı xəritədə Türkiyənin də adı çəkilib.