«MKİ-ni məhkəməyə verin»
Amerika kəşfiyyatçılarının əsas hədəfi Almaniyadır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
İfrat sağçılar parlamenti işğal edib
Almaniyada Türingiya əyalət məclisinin ilk iclası gərgin başlayıb
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq işçisi bildirib ki, 2001-ci ildə «Əl-Qaidə»nin Nyu-Yorka hücumlarından sonra Almaniya MKİ-nin casusluq etdiyi «1 nömrəli» zonaya çevrilib. «Spiegel» qəzetinə müsahibə verən Tomas Dreykin (Thomas Drake) sözlərinə görə, ABŞ daha Almaniyaya etibar etmir. Bu barədə «Deutsche Welle» məlumat verir.
MKİ-nin sabiq icraçılarından olan Dreykin fikrincə, ABŞ «Əl-Qaidə» terror şəbəkəsinin hücumlara Hamburqdan başlamasından xəbəri olmamasına görə Almaniyanı «müəyyən dərəcədə» cəzalandırmaq istəyib.
Xatırladaq ki, Məhəmməd Atta və sonradan «Əl-Qaidə»nin Əfqanıstandakı sonuncu lideri Üsamə bin Ladenin qoşulduğu gizli terror şəbəkə 2001-ci il sentyabr ayının 11-də terror aktı törətmişdilər. Təyyarələrin Nyu-Yorkdakı «əkiz qüllələr» və Pentaqonun binasına çırpılması nəticəsində təxminən 3000 nəfər ölmüşdü.
Gələn həftə cümə axşamı Dreyk Almaniya parlamentinin MKİ təhqiqat komitəsi önündə ifadə verəcək. O bildirib ki, MKİ terror şəbəkəsinin Almaniya kəşfiyyat xidmətlərindən xəbərsiz «mövcudluğu, təlim keçməsi və bir-biri ilə əlaqə saxlamasına» görə daha Almaniyaya güvənmir.
Qəribədir ki, bundan sonra MKİ «sizinkilərin burada nə iş gördüyünü öyrənmək üçün» Almaniyanın BND xarici kəşfiyyat idarəsi ilə əlaqələri artırıb.
«Qeyri-adi yaxın» əlaqələr
Sabiq MKİ icraçısı MKİ-BND münasibətlərinin qeyri-adi dərəcədə yaxınlaşdığını bildirib. Bu əlaqələr ABŞ, Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya arasında on illər əvvəl qurulmuş «Beş Göz» ittifaqının rəsmi mübadilələrindən az fərqlənib.
«ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkeli daha onun mobil telefonunun izlənməməsinə arxayın edib. Buna baxmayaraq, MKİ açıq-aşkar bütün almanları şübhəli qismində görür», - 57 yaşlı Dreyk bildirib.
Dreyk deyib ki, MKİ-nin Almaniyaya həmişə «böyüklük» göstərdiyi birtərəfli «qeyri-bərabər münasibət» «Soyuq Müharibə» illərinə gedib çıxır.
«Elə bil ki, otaqda bir fil var, amma heç kəs - mühəndislik təcrübəsi olan Almaniya belə bunu görmür. Sual olunur ki, görəsən, bu ölkə yeni məhsulları, yeni metodları, yeni texnologiyaları necə istehsal edir». «MKİ-nin «sıx şəbəkəsinin» Almaniyada müəyyən yerlərdə elektron dinləmə nöqtələri var. Bütün Avropa xüsusən iqtisadi cəhətdən maraqlıdır. Məlumatlar Almaniyadan ötürülür», - Dreyk deyib.
Sabiq MKİ işçilərini müdafiə edən ABŞ vəkili Cessilin Radak «Spiegel»ə bildirib ki, Almaniya federal prokurorluğu Almaniyada izləmə aparan ABŞ rəsmilərini məhkəməyə verməlidirlər. «Əgər onlar buna reaksiya verməsələr, onda Avropaya kiçik bir ailə səyahəti onlar üçün daha çətin olacaq. Onların üstündə orderlə axtarış aparılacaq», - o deyib.
Radak iddia edir ki, MKİ-nin kütləvi məlumat toplamaqda məqsədi əslində «çuvalda iynə axtarmaq» kimi terrorist hücumlarının qarşısını almaq deyil, geniş nəzarətə sahib olmaqdır. «Onların məqsədi insanlara nəzarət və iqtisadi casusluqdur», - o deyib.
Xüsusi kanallardan istifadə olunub
2006-cı ildə hər şeyin üstü açılmamışdan əvvəl, 2001-ci ildən sonra Dreyk vətəndaşların şəxsi toxunulmazlığının pozulmasından narahatlığını bildirmək üçün MKİ-nin rəsmi kanallardan istifadə edib. Ona qarşı ciddi ittihamlar ləğv olunsa da, 2011-ci ildə gördüyü işə görə yenidən günahlandırılıb.
Dreyk 1990-cı illərdə məlumatların toplanması üzrə komandanın üzvü olub. Yanvar ayında MKİ-nin digər sabiq işçiləri kimi Dreyk də amerikalıların telefon və internet istifadəsinə hökumətin nəzarətinə məhdudiyyət qoyulmasını tövsiyə edib.