vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
15:38 | 4 iyul 2014 | Cümə Məqaləyə 1404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəziyyət tamamilə nəzarətdən çıxa bilər»

Şənbə gününədək atəşkəs üçün yeni danışıqlar aparılacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 2-də Ukrayna, Rusiya, Almaniya və Fransa xarici işlər nazirləri Berlində görüşüblər. Nazirlər şənbə gününədək ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) vasitəçiliyi ilə Ukraynada atəşkəs üçün yeni danışıqların aparılmasına razılaşıblar. Danışıqlara Şərqi Ukraynadakı rusyönümlü separatçılar da cəlb oluna bilərlər.


Nazirlər razılığa gəliblər ki, bütün tərəflər zorakılığa son qoymalı, girovlar sərbəst buraxılmalı, Ukrayna-Rusiya sərhəd məntəqələri yenidən Kiyev hökumətinin nəzarətinə verilməlidir. Məqsəd şənbə gününədək ATƏT-in müşahidəçiliyi ilə «qeyd-şərtsiz və qarşılıqlı razılıq əsasında davamlı atəşkəsə nail olmaq» üçün danışıqlar aparmaqdır.

 

«Aydın öhdəliklər»

 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmeyer bildirib ki, Ukrayna, Rusiya və ATƏT-dən ibarət əlaqə qrupu hərtərəfli atəşkəs üçün aydın öhdəliklər götürüblər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransında bildirib ki, 4 nazir «stabil uzunmüddətli sülh üçün razılaşdırılmış şərtlərin» vacibliyini təsdiqləyiblər. Həmçinin Lavrov bildirib ki, Ukrayna prezidenti Petro Poroşenkonun bazar ertəsi atəşkəsə son qoyması «insanların həyatı bahasına başa gəlib və ciddi dağıntıya səbəb olub. Buna baxmayaraq, ziyanın yarısından da qayıtmaq xeyirdir».

Berlin toplantısında Fransanın xarici işlər naziri Loran Fabius və Ukraynanın xarici işlər naziri Pavlo Klimkin də iştirak edib. Pavlo Klimkin bildirib ki, girovlar sərbəst buraxılmalıdır, eyni zamanda üsyançıların sırasına yeni döyüşçülərin və silahların gəlməsinin qarşısını almaq üçün Ukrayna yenidən öz sərhədlərinə nəzarət etməlidir.

Kiyev hökuməti atəşkəsə son qoyan kimi nazirləri toplayan Ştaynmeyer qiyamçıların dəfələrlə atəşkəsi pozduğunu deyib.

Rusiya bildirib ki, yeni atəşkəsdən sonra Ukrayna sərhəd qüvvələrinin 2 sərhəd məntəqəsinə nəzarət etməsi üçün onların Rusiya ərazisinə keçməsinə icazə verəcək. Nazirlər Rusiyanın bu addımını bəyəniblər.

 

Vəziyyət gərginləşib

 

Bazar ertəsi qısamüddətli, 10 günlük atəşkəs sona çatan kimi Kiyev hökuməti və separatçılar arasında mübarizə gərginləşib.

«Ötən 48 saat ərzində vəziyyət ciddi şəkildə gərginləşib... və tamamilə nəzarətdən çıxa bilər», - Berlində Almaniyanın xaric işlər naziri Ştaynmeyer iyulun 2-də Berlində belə bir xəbərdarlıqla çıxış edib.

Ukrayna təhlükəsizlik qüvvələrinin yüksək rəsmisi Andriy Lysenko çərşənbə günü dörd Ukrayna əsgərinin öldürüldüyünü bildirib. Hökumət, əsasən, Donetsk bölgəsində separatçılara qarşı 100-dən çox hücum edib. Separatçıların özlərini müstəqil elan etdikləri digər şərq bölgəsi olan Luqanskda qiyamçıların qərargahlarının yaxınlığında məktəb binası raket zərbəsinə tuş gəlib. Heç bir tələfat qeydə alınmayıb.