«Sarkoziyə pul veriblər»
Sabiq Fransa prezidenti Liviyanın devrilmiş diktatoru Qəddafidən 70 milyon almaqda ittiham olunur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qəzzafinin oğlu həbsxanadan çıxdı
Seyf əl-İslam azad olunsa da, hələ də üzərində bəzi ittihamlar qalır
-
Fövqəladə vəziyyətdə prezident seçkisi
Fransada seçkiqabağı qalmaqal: əxlaq göstəricisi
-
«Daha heç nə ağlasığmaz deyil»
Brexitdən sonra Tramp, indi isə Le Pen?
-
«Onu həriflədim»
Tramp Qəddafini necə ələ saldı?
-
Sarkozi saxlanıldı
Keçmiş prezidentin telefonu dinlənilirmiş
-
Fransua Olland baş çəkir
Və bu başı hələ ehtiramla əyir
-
«Putin Sarkoziyə hücüm çəkdi...»
«Ona nalayiq sözlər dedi»
-
«Vəzifədən sui-istifadə» istintaqından sonra sabiq prezident Fransa qanunlarının siyasi maraq üçün istifadə olunduğunu bildirib. İstintaq 2012-ci ildə sosialist rəqibi Fransua Ollanda məğlub olduqdan sonra onun geri qayıtmaq ümidlərinə son qoya bilər.
59 yaşlı mühafizəkar siyasətçinin birbaşa və ya dolayı hərəkətləri onun 2017-ci il namizədliyini şübhə altında qoyub. Çərşənbə günü aparılan istintaqlarda Sarkozi heç bir qəbahət iş görmədiyini bildirib.
«Kənardan dinləyən və müşahidə edən hər kəsə demək istəyirəm ki, mən heç vaxt onlara xəyanət etməmişəm. Heç vaxt «respublika prinsiplərinə və qanun normalarına» qarşı çıxmamışam»? - Sarkozi 2012-ci il seçkilərində məğlub olduqdan sonra verdiyi ilk müsahibəsində belə deyib. Çərşənbə günü onun bu sözləri «Europe 1» radiosunda da yayımlanıb.
«Bu gün ölkədə vəziyyət hüquq sistemindən siyasi məqsədlə istifadə olunduğunu fransızlara deyəcək qədər ciddidir», - o söyləyib.
Çərşənbə axşamı Sarkozi Parisin qərbində Nanter ofisində 15 saat dinlənilib. O, öz nüfuzundan istifadə edərək 2007-ci il seçkilərində qanunsuz hərəkətləri ilə bağlı aparılan istintaq materiallarını ələ keçirməkdə şübhəli bilinir. Təhqiqatçılar onun öz vəkili Tyeri Erzoqun köməyi ilə hakimlərin qərarını dəyişməyə cəhd göstərdiyini araşdırırlar.
Sabiq Liviya lideri Müəmmar Qəddafinin Sarkozinin 2007-ci il seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı aparılan istintaqda Sarkozinin telefonu dinlənilib. Təhqiqatçılar Sarkozinin işə baxan hakimlərdən istintaqın gedişi haqqında məlumat almasından şübhələnirlər. Onlar güman edirlər ki, hakimlərdən biri Sarkoziyə istintaqla bağlı telefonunun dinlənildiyini çatdırıb.
Sarkozi 2007-ci il seçkilərində qələbə qazanmaq üçün Qəddafidən 70 milyon dollar və Fransanın ən zəngin qadını, L'Oreal kosmetika şirkətinin varisi Lilian Bettenkurdan (Liliane Bettencourt) pul dolu zərflər almaqda ittiham olunur. Sarkozi Qəddafi ilə bağlı iddiaları gülünc hesab edib. Bettenkurun zəifliyindən istifadə edib ondan pul almasına görə isə ötən il məhkəmədə bəraət qazanıb.
Sarkozinin seçki kampaniyasındakı mühasibi də eyni iş üzrə istintaqa cəlb olunan 10 adamdan biridir.
Ötən il gözlənilmədən hakimlərin sabiq prezidentlərin telefonlarını dinləmələrinə icazə verildi. Bundan sonra Qəddafi ilə bağlı istintaq yenidən davam etdirildi. 4 aydan sonra Sarkozinin başqa ad altında qeydiyyatdan keçirdiyi telefondan istifadə etdiyi məlum oldu. Həmin telefonla onun öz vəkili Herzogla danışdığı aydınlaşıb və istintaq davam etdirilib.
Güman olunur ki, Sarkozi Bettenkurla bağlı məhkəmə işinə təsir göstərmək üçün hakimlərdən biri ilə sözləşib. Əvəzində isə həmin hakimə Monakoda yaxşı vəzifə təklif edib. Həmçinin ehtimal olunur ki, yüksək vəzifəli şəxslərdən biri Sarkozinin ofislərinə polis baxışının keçirilməsi haqqında ona məlumat sızdırıb.
Fransa qanunlarında nüfuzdan bu cür istifadə »vəzifədən sui-istifadə» adlanır. Cəzası isə maksimum 10 il müddətinə azadlıqdan məhrumetmədir.
Bu yaxınlarda Sarkozinin 2012-ci il seçki kampaniyasındakı maliyyələşməsi ilə bağlı və başqa qalmaqallar yaranmışdı. İttihamlardan birinə görə, Sarkozi sabiq baş nazir Eduar Balladurun (Edouard Balladur) 1995-ci il prezident seçkisi kampaniyası üçün pakistanlı silah alverçisindən rüşvət alınmasına kömək edib. Başqa bir ittihama görə, prezident olarkən partiyasının siyasi araşdırmaları üçün dövlət büdcəsindən istifadə edib və səsvermə haqqında müqavilələri siyasi yaxınlarından birinə ötürüb.