Sarkozi saxlanıldı
Keçmiş prezidentin telefonu dinlənilirmiş
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
Fransanın sabiq prezidenti Nikola Sarkozi bu gün istintaqa cəlb olunub. Sarkozi 2007-ci il prezident seçkilərində qanunsuz yolla hakimiyyətə gəlməsi ilə bağlı istintaq məlumatlarını ələ keçirməkdə şübhəli bilinir. Məlumatı «Reuters» yayıb.
Yerli mətbuat yazır ki, müasir Fransa tarixində ilk dəfədir ki, sabiq prezident sorğuya çəkilir. Mühafizəkar siyasətçi aparılan istintaqlarda qəbahət bir iş görmədiyini bildirib. Onunla bağlı ittihamlar sübut olunarsa, 2012-ci il prezident seçkilərində Fransua Ollanda məğlub olan Sarkozinin geri qayıtmaq ümidləri puç ola bilər.
Çərşənbə axşamı Sarkozi təhqiqatçıların Parisin qərbindəki Nanter ofisində ifadə verib. Bir gün əvvəl, iyunun 30-da isə Sarkozinin vəkili istintaqa cəlb olunmuşdu.
«Cənab Sarkozi Nanterə çağırılıb və istintaq üçün orada saxlanılıb», - mənbələr «Reuters» agentliyinə bildiriblər.
Fransa hökumətinin nümayəndəsi Stefan Lö Foll qeyd edib ki, Sarkozi hamı kimi ədalət qarşısında cavab verəcək. Ədliyyə orqanları araşdırma aparırlar və iş sona qədər davam etdiriləcək» , - o «iTele»yə bildirib.
Xatırladaq ki, bu ilin fevralında Liviya lideri Müəmmər Qəddafinin Sarkozinin 2007-ci il seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı istintaq başlayıb. İttihamçılar Sarkozinin öz nüfuzundan istifadə edərək istintaq məlumatlarını qanunsuz əldə etməsindən şübhələnirlər.
Sarkozi və onun vəkili yaxın əlaqələri olan şəbəkə vasitəsi ilə istintaqın gedişini izləməkdə şübhəli bilinirlər. Məsələ telefon dinləmələri ilə bağlı aparılan son təhqiqatlardan sonra üzə çıxıb.
Bundan əlavə, Sarkozi hakimləri sabiq Kommunist Şərqi Almaniyasındakı «Stasi» polislərinə bənzədib.
İttihamçı rolunda çıxış edən iki hüquqi əməkdaş Gilbert Azibert və Patrik Sassoust da istintaqa cəlb olunublar. Təhqiqatçılar informasiya mübadiləsi qarşılığında Sarkozinin Azibertə Monakoda vəzifə vəd etməsindən şübhələnirlər.
Bu artıq Sarkozi ilə əlaqədar başlanmış 6-cı istintaqdır. Qeyd edək ki, Sarkozinin 2012-ci il uğursuz seçki kampaniyasında qanunsuz hərəkətləri ilə bağlı sonucu istintaq bu il başlamışdı.