“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
            					
            	
                20:12 | 3 sentyabr 2024 | Çərşənbə axşamı
                Məqaləyə 437 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Fransada çörəyin içindən çıxan qorxutdu
                                Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
                                1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
                                Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
                                Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
                                İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
                                Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
                                “Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
                                Fransada şirkətlər xüsusi detektiv tutur
                                “Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
                                Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
                                Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
                                11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
                                Fransa Polşaya “Rafale” qırıcıları göndərir
                                Cinsi istismar və təcavüz
                                Fransada müəllimlər tətilə gedir!
Fransada erkən ümumi seçkilərdə solçu NFP alyansının parlamentdə ən çox yer qazanmasına baxmayaraq, sol ittifaqın namizədini baş nazir təyin etməkdən imtina edən prezident Emmanuel Makronun impiçmenti üçün 186 mindən çox imza toplanıb.
Solçu Sərbəst Fransa (LFI) Partiyasının parlament sədrinin müavini Klemens Quette “X” hesabında paylaşdığı petisiyaya “artıq 200 minə yaxın insan tərəfindən imza atıldığını” bildirib.
Quette fransızları prezident Makronun impiçmentini tələb edən petisiyanı imzalamağa çağırıb.
Müraciətdə Makron seçkilərin nəticələrinə baxmayaraq, “köhnə hökumətin öz vəzifəsini davam etdirməsinə icazə verdiyi və özününkindən başqa bütün hökumət proqramlarının həyata keçirilməsinə mane olduğu” üçün tənqid edilib.
186 mindən çox adamın imzaladığı və seçkilərdən sonrakı 2 ay ərzində Makronu hələ də baş nazir təyin etmədiyi üçün tənqid edilən petisiyada “bu avtoritar kursun parlament rejimlərində və təmsilçi demokratiya sistemində misli görünməmiş olduğu” qeyd edilib.
Prezident Makronun impiçmenti təklifi avqustun 31-də LFI tərəfindən Milli Assambleyaya təqdim edilib. LFI Makronun seçki nəticələrinə məhəl qoymayaraq vəzifəsini pozduğunu iddia etmişdi.
Makron, seçkilərdə parlamentdə ən çox yerə sahib olan solçu Yeni Xalq Cəbhəsinin (NFP) ortaq namizədi Lüsi Kastetsi baş nazir təyin etməyəcəyini açıqladıqdan sonra hökumət qurmaq üçün danışıqları davam etdirir.
Yeni hökuməti qurmaq üçün avqustun 23-dən Yelisey sarayında siyasətçiləri qəbul edən Makron sonuncu dəfə Xavier Bertrand, keçmiş baş nazir Bernard Kaznev, keçmiş prezidentlər Nikola Sarkozi və Fransua Ollandla görüşüb.
Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra Milli Assambleyada ən böyük siyasi qrup 193 deputatla NFP, ikinci yerdə 166 deputatla Makronun hakim koalisiyası və 142 deputatla ifrat sağçı RN gəlir.
Fransa Konstitusiyasına görə, prezidentin istədiyi adamı baş nazir təyin etmək səlahiyyəti var, lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.