57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
20:22 | 15 sentyabr 2024 | Bazar
Məqaləyə 4095 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransadan İngiltərəyə getmək üçün La-Manş boğazını keçməyə çalışan qanunsuz mühacirləri daşıyan qayığın batması nəticəsində 8 nəfərin həyatını itirdiyi bildirilib.
Fransanın şimalındakı Pas-de-Kale valisi Jak Billan, İngiltərəyə getmək istəyən qanunsuz immiqrantların marşrutu olan La-Manş boğazında baş verən qəza ilə bağlı mətbuata açıqlama verərək, gəminin Uimereux şəhəri yaxınlığında dənizə çıxan və içərisində 59 nəfər olan qayıq batıb.
Qayıqda olan qanunsuz mühacirlərin Eritreya, Sudan, Suriya, Əfqanıstan, Misir və İrandan olduğu barədə məlumatı paylaşan Qubernator Billan, “Dəhşətli qəzadır. 8 nəfərin həyatını itirməsindən çox kədərlənirik”, – deyib.
Billan qeyd edib ki, bir körpə də daxil olmaqla 6 yaralı qanunsuz immiqrantın vəziyyəti ağırdır.
Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılarkən, hadisə ilə bağlı istintaq başladılıb.
Fransa Dəniz Administrasiyası dünən gecə La-Manş boğazını keçməyə çalışan miqrant qayığının batdığı barədə məlumat aldıqlarını və daha sonra hərəkətə keçdiklərini açıqlayıb.
20 jandarm və 50-dən çox xilasedicinin iştirak etdiyi əməliyyat 20-yə yaxın qayıq və bir pilotsuz təyyarə ilə həyata keçirilib.
Sentyabrın 3-də 12 qanunsuz miqrant La-Manş boğazını keçmək istəyərkən həyatını itirib və hadisə bu il La-Manş boğazında qeydə alınan “ən ölümcül miqrant qəzası” kimi qeydə alınıb.
Keçən il Fransadan İngiltərəyə təxminən 30 min immiqrant La-Manş boğazını keçib. Britaniya və Fransa qanunsuz mühacir axınının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirmək barədə razılığa gəliblər.