“Eyni anda iki toyda oynamaq olmaz”
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
19:55 | 15 sentyabr 2024 | Bazar
Məqaləyə 511 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva-İrəvan gərginliyi və Cənubi Qafqazın yeni sınağı
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
Fransanın aparıcı qəzetlərindən biri olan “Le Monde” sentyabrın 14-də diplomatik mənbələrə əsaslanaraq xəbər dərc edib. İki il yarım davam edən Rusiya-Ukrayna müharibəsinin nəzarətdən çıxması ilə yaranan növbəti dünya müharibəsi narahatlıqları Parisi bürüyüb. Fransa hökumətinin İkinci Dünya Müharibəsinin başlamasından qorxduğu bildirilir.
Qərblə Moskva arasında son günlərin ən mühüm gərginliyi Ukraynanın Rusiya ərazisində aldığı silahlardan istifadə etmək istəyindən qaynaqlanır.
Birləşmiş Ştatlar və onun bir çox müttəfiqləri Kiyevin buna icazə verməsi barədə düşünərkən, Moskva nüvə silahından istifadə etməklə hədələyir.
Məsələn, denən (sentyabrın 14-də) bəyanatla çıxış edən Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Ukraynaya uzun mənzilli raketləri Rusiyanın dərinliklərinə buraxmaq üçün yaşıl işıq yandıracağı təqdirdə Kremlin Kiyevi “nəhəng ərimə kütləsinə” çevirə biləcəyi barədə xəbərdarlıq edib.
Fransa isə hələlik məsələ ilə bağlı “rəsmi mövqeyini” açıqlamayıb.
Adlarının və vəzifələrinin açıqlanmaması şərti ilə “Le Monde” qəzetinə danışan diplomatlardan biri deyib: “III Dünya Müharibəsindən qaçmaq üçün əlimizdən gələni etməliyik. Biz rusların hərbi əməliyyatlarının miqyasını genişləndirə biləcəyi tezisini sadəcə olaraq rədd edə bilmərik”.
Rusiya lideri Vladimir Putin sentyabrın 12-də bildirib ki, Qərb Kiyevə tətbiq etdiyi məhdudiyyətlərdən əl çəksə, “uyğun qərarlar” qəbul edəcəklər və Ukraynanın ölkəsinin ərazisinə uzaqmənzilli silahlarla hücumunun NATO-nun Rusiya ilə müharibəyə başlaması anlamına gələcəyini iddia edib.
Putin Rusiyaya atıla biləcək silahların yalnız Qərb kəşfiyyatı və hədəf sistemləri ilə istifadə oluna biləcəyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək üçün məhdudiyyətlərin götürülməli olduğunu iddia edərkən, Ukraynanın xarici işlər naziri Andrey Sbiqa Rusiyanın bu cür təhdidlərlə onlara dəstəyi azaltmağa çalışdığını iddia edir.
Sentyabrın 1-3-də ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında Ağ Evdə keçirilən görüşdən əvvəl bu uzaqmənzilli raketlərin istifadəsi ilə bağlı vəziyyətin yenidən qiymətləndiriləcəyi xəbəri yayılmışdı.
Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib ki, “Ukraynanın Rusiya ərazisinə uzun mənzilli zərbə vurma qabiliyyətinə yanaşmamızda heç bir dəyişiklik yoxdur”.
Digər tərəfdən, Putinin “ABŞ və Rusiya arasında mümkün birbaşa münaqişə ehtimalı” ilə bağlı sözlərinə reaksiyası ilə bağlı suala cavab verən ABŞ prezidenti Co Bayden dünən deyib: “Vladimir Putin haqqında çox düşünmürəm. Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq”.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik sentyabrın 13-də məsələ ilə bağlı sualı cavablandırarkən, “Məncə, nüvə silahları ilə bağlı artan müzakirələr narahatlıq doğurur”, – deyib.