Neft ucuzlaşır
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
13:48 | 11 sentyabr 2025 | Cümə axşamı
Məqaləyə 401 dəfə baxılıb
Şriftin ölçüsü
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Hörmüz boğazındakı sakitlik uzun sürmədi
Beynəlxalq Enerji Agentliyi (BEA) bu ilə dair qlobal neft tələbi artımı proqnozunu gündəlik 60 min barel yuxarı istiqamətdə yenilədi.
BEA-nın “Neft bazarı hesabatı”na görə, cari ildə neft tələbinin ötən illə müqayisədə gündəlik təxminən 740 min barel artaraq 103 milyon 875 min barelə yüksələcəyi gözlənilir. Əvvəlki hesabatda bu artım gündəlik təxminən 680 min barel olaraq proqnozlaşdırılmışdı.
Aşağı səviyyədə qalan neft qiymətləri, qismən yaxşılaşan iqtisadi mənzərə və inkişaf etmiş iqtisadiyyatların bir hissəsində həyata keçirilən güclü tədarüklər, tələbin artım proqnozunda rol oynayıb.
Qeyri-müəyyən makroiqtisadi mühitə baxmayaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin neft tələbinin il ərzində davamlı qalması da artım proqnozunu dəstəkləyib.
Hesabatda qeyd olunur ki, tələbin İƏİT bölgəsində ötən illə müqayisədə gündəlik 35 min barel azalaraq 45 milyon 807 min barel, İƏİT-dən kənar ölkələrdə isə gündəlik 772 min barel artaraq 58 milyon 68 min barel olacağı gözlənilir.
Qlobal neft tələbinin 2026-cı ildə bu illə müqayisədə gündəlik 700 min barel artımla 104 milyon 572 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Qlobal neft təklifi avqustda artdı
Digər tərəfdən, qlobal neft təklifi avqust ayında gündəlik 20 min barel artaraq 106 milyon 930 min barellə rekord səviyyəyə yüksəldi.
Bu artımda OPEC+ qrupunun hasilat ixtisarlarını yumşaltmağa davam etməsi və OPEC+-dan kənar təklifin tarixi zirvələrə yaxın qalması təsirli olub.
Hesabata görə, həmin dövrdə OPEC qrupunun xam neft təklifi əvvəlki ayla müqayisədə gündəlik təxminən 150 min barel artaraq 34 milyon 330 min barel olub.
OPEC-dən kənar ölkələrin gündəlik neft hasilatı isə eyni dövrdə gündəlik təxminən 130 min barel azalaraq 72 milyon 600 min barel səviyyəsinə düşüb.
Ümumilikdə, qlobal neft təklifinin bu il gündəlik 105 milyon 800 min barel, gələn il isə 107 milyon 900 min barel olacağı ehtimal edilir.