Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
19:08 | 9 sentyabr 2025 | Çərşənbə axşamı
Məqaləyə 680 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukrayna Dəniz Qüvvələri Komandanı, Rusiya ərazisinin dərinliyindəki bir xəstəxanada üç il boyunca gizlənən 4 Ukrayna əsgərinin azad edildiyini açıqlayıb.
Komandan Aleksey Neyijpapa “Facebook” səhifəsində yazıb ki, əsgərlər 2022-ci ildə baş verən bir döyüşdə yaralanıb və Ukraynanın Rusiya işğalı altındakı torpaqlarında yerləşən bir xəstəxanada qalıblar. Burada “vicdanlı həkimlər” onları Rusiya gizli xidmət agentlərindən qorumağa kömək ediblər.
Xilas edilənlər arasında bir dəniz piyadası, üç Milli Qvardiya əsgəri və onların gizlənməsinə yardım edən bir səhiyyə işçisi var.
Neyijpapa xilasetmə əməliyyatını elan edən və prosesin necə həyata keçirildiyi barədə məlumat verən paylaşımında yazıb: “Bizim uşaqlar heç şansları yoxmuş kimi görünürdü, amma sağ qalıblar”.
Xilasetmə əməliyyatı, qısa müddət əvvəl Moskva-Kiyev əsir mübadiləsində iştirak edən bir dəniz piyadasının əkizinin 2022-ci ildə Ukraynanın şərqindəki döyüşlər zamanı ağır yaralandığını bildirməsindən sonra başlayıb.
“Bu məlumatı aldıqdan sonra xüsusi tahliye tədbirlərinə başlamaq qərarı verdim”, – Neyijpapa deyib
Daha sonra məlum olub ki, bu əsgərin ikiz qardaşı ilə birlikdə, üç ildən çoxdur orada qalmağa məcbur edilən üç Ukrayna Milli Qvardiya əsgəri də həmin xəstəxanadadır.
Təhlükəsizlik səbəbi ilə xəstəxananın yeri və əsgərlərin kimliyi açıqlanmayıb.
Əməliyyat bir neçə mərhələdə, donanmanın Angels (“Məliklər”) adlı xüsusi qüvvələr birimi tərəfindən həyata keçirilib. Neyijpapa bildirib ki, bu birim yaradıldığı gündən bəri 88 nəfəri Rusiya torpaqlarından xilas edib.
“Bu bir inam hekayəsidir. Bizim uşaqlar heç şansları yoxmuş kimi görünürdü, amma sağ qaldılar. Bu, düşmən torpaqlarının mərkəzindən belə əsgəri çıxara bilən “Angels”un gücü ilə bağlıdır. Və bizdən olanı heç vaxt tərk etmədiyimizi bir daha sübut etdilər”, – komandan qeyd edib.
Duyğusal videoda, bir əsgərin 4 ildir görmədiyi xilas edilmiş qardaşını gözlədiyi an görünür. Videoda əsgər deyir: “Onu çox darıxmışdım. İndi onunla görüşəcəyəm. Belə bir şeyi atlatmaq asan deyil”.
“Əsgərlərimiz hazırda təhlükəsizdir və nəhayət yaxınlarının yanındadırlar,” deyə Neyijpapa bildirib. O, birimin “artıq 88 nəfəri xilas etdiyini və Ukrayna əsgərləri üçün heç bir şeyin mümkünsüz olmadığını bir daha sübut etdiyini”.
Ukrayna Prezidenti Vladimir Zelenski isə iyul ayında açıqlamışdı ki, Kiyev 2022-ci ildən bu yana 6 min 400-dən çox Ukraynalını Rusiya əsarətindən xilas edib. Bu əsgərlərin 5 min 857-si Rusiya və Ukrayna arasında baş tutan bir sıra əsir mübadilələri zamanı sərbəst buraxılıb. Bu mübadilələrin çoxu, Moskva və Kiyev nümayəndə heyətlərinin bu il may ayında yenidən üzbəüz görüşmələrə başlamasından sonra həyata keçirilib.