vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
12:42 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 77 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Solçu ittifaqdan Makrona ittiham

“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada keçirilən erkən ümumi seçkilərdə Milli Assambleyada ən çox yerə sahib olan solçu NFP ittifaqı prezident Emmanuel Makronu seçkidən 2 ay çox keçməsinə baxmayaraq, baş nazir təyin etmədiyi üçün “ölkəni öz yaratdığı çıxılmaz vəziyyətə sürükləməkdə” günahlandırıb.

4 solçu partiyanın yaratdığı Yeni Xalq Cəbhəsi (NFP) ittifaqı Milli Məclisin buraxılması və növbədənkənar ümumi seçkilərin təyin edilməsi barədə qərar verən, lakin seçkidən nəticələrin açıqlanmasından sonrakı 2 ayda yenə də baş nazir təyin etməyən Makrona etiraz edib.

NFP-dən verilən yazılı açıqlamada Makronun “ona uyğun gəlməyən” hər bir baş nazir namizədini “Milli Məclisdə sorğu-sual ediləcəyi bəhanəsi ilə” bloklamaq hərəkətinin “uğursuz” olduğu bildirilib.

Açıqlamada bildirilib ki, ölkə siyasətinin hazırkı durumunda Makronun iki variantı var, bunlardan birincisi NFP hökuməti, ikincisi isə radikal sağçılarla girəcəyi “taktiki razılaşma” ilə mövqeyini qoruyub saxlaya bilən Makron hökuməti.

Makronun ifrat sağçıların dəstəyi ilə hökumət qurması ehtimalı Fransızların ifrat sağçıların hakimiyyətə gəlişini kütləvi şəkildə rədd etdiyi seçkilərin tam inkarı anlamına gəldiyi vurğulanan bəyanatda, NFP-yə hökumət qurmaq tapşırığını verməyin vaxtının çatdığı bildirilir.

Bu kontekstdə xatırladılıb ki, NFP alyansı ifrat sağçılar istisna olmaqla, Milli Assambleya və Senatdakı siyasi qruplarla hökumət proqramı ilə bağlı danışıqlar aparmağa hazırdır.

Makronun istefa vermiş hökuməti vəzifədə saxlaması “səhv” kimi qiymətləndirilən açıqlamada, köhnə hökumətin vəzifədə qalmasının və Fransa qurumlarında yaratdığı “maneə”nin hakimiyyətə gələcək yeni hökumətin işini daha da çətinləşdirəcəyi qeyd oluub.

Bəyanatda, istefa vermiş hökumətin nəzərdə tutduğu dövlət borclarının artırılması və dövlət xərclərinin azaldılmasına qarşı təcili hökumət gündəmlərinin müzakirə edilməli olduğu və Makronun buna “maneçilik törətməyi dayandırmalı” olduğu vurğulanıb.

İyunun 9-da keçirilən Avropa Parlamenti (AP) seçkilərində ifrat sağçılar qalib gəldikdən sonra Makron siyasi arenaya “aydınlıq” gətirmək üçün Milli Assambleyanı buraxmaq və növbədənkənar ümumi seçkilər təyin etmək qərarına gəlib.

Solçu Yeni Xalq Cəbhəsinin ən çox mandat qazandığı seçkilərdə heç bir partiya və ya ittifaq hökumət qurmaq üçün 289 millət vəkilinin mütləq əksəriyyətini əldə edə bilmədi və seçkilər Fransa tarixində ən çox parçalanmış parlamenti yaratdı.

Makron ölkəsinin ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı yeni baş nazir təyin etməyəcəyini və istefa ərizəsini təqdim edən Qabriel Attal hökumətinin bir müddət daha vəzifəsində qalmasını istədiyini bildirib.

Olimpiya Oyunları boyunca dayandırdığı danışıqlara avqustun 23-də başlayan Makron, seçkidə qalib gələn solçu ittifaqın ümumi baş nazir namizədi Lüsi Kastetsi təyin etməkdən imtina edərək, danışıqları davam etdirəcəyini bəyan edib.

Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən sonra Milli Assambleyada ən böyük siyasi qrup 193 deputatla birinci olan NFP, ikinci yerdə Makronun 166 deputatla hakim koalisiyası və ifrat sağçı RN isə 142 deputatla üçüncü yerdə gəlir.

Fransa Konstitusiyasına görə, prezidentin istədiyi şəxsi baş nazir təyin etmək səlahiyyəti var, lakin siyasi ənənələrə görə, baş nazir ən çox səs toplayan partiya və ya alyansdan seçilir.