
“Ticarət müharibəsi gedir”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Keçmiş prezident Donald Tramp çoxmillətli proqram olan yeni nəsil “F-35” qırıcı təyyarəsinin bütün komponentlərinin yerli istehsalına çağırıb və bunu ABŞ-ın milli təhlükəsizlik narahatlığı ilə əsaslandırıb.
ABŞ prezidentliyinə namizəd Donald Tramp bu fikri Nyu-York İqtisadi Klubunun təşkil etdiyi proqramda çıxış edərkən deyib.
Noyabrda keçiriləcək prezident seçkilərindən sonra prezident olarsa, Tramp, "Milli təhlükəsizliyimiz üçün lazım olan bütün materialların ölkəmizdə istehsal olunmasını istəyəcəyik ki, bu da milyonlarla yeni iş yeri yaradacaq”, – deyib.
Nümunə olaraq “F-35” döyüş təyyarəsi proqramını göstərən Tramp, “Bilirsiniz, bizdə “F-35”in qanadları bir ölkədə, quyruq sükanları başqa bir ölkədə, oturacaqları başqa ölkədə, elektron komponentləri isə yeddidə müxtəlif ölkədə istehsal edirik. Müharibə olarsa və bu ölkələrin yarısı ilə müharibə vəziyyətində olsaq, biz nə edəcəyik”, – sualını verən Tramp əslində müharibə istəmədiyini, lakin 3-cü Dünya müharibəsinin əvvəlkindən daha yaxın olduğunu iddia edib.
“F-35” yeni nəsil döyüş təyyarələrinin istehsalı Birləşmiş Krallıq, Kanada, Avstraliya, İtaliya, Hollandiya, Danimarka və Norveç də daxil olmaqla ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli proqramdan ibarətdir.
***
Tramp çıxışında həmçinin bildirib ki, noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, milyarder İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacaq.
Maskın komissiyaya rəhbərlik etməyə razı olduğunu bildirən Tramp, “Mənə tam və tam dəstəyini verən İlon Maskın təklifi ilə bütün federal hökumətin maliyyə və performans auditini həyata keçirmək və köklü islahatlar üçün tövsiyələr verməklə hökumətin səmərəlilik komissiyasını yaradacağam”.
Bu açıqlamadan sonra Mask bu gün “X” hesabında etdiyi paylaşımda, "Fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm”, – deyib.
Keçən ay “X” platformasında Trampın verdiyi müsahibədə Mask hökumətdə məhsuldarlıq komissiyası ideyasını irəli sürmüş və bu komissiya yaradılarsa, belə bir komissiyaya kömək etməkdən şad olacağını bildirmişdi.