57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
11:46 | 8 sentyabr 2024 | Bazar
Məqaləyə 384 dəfə baxılıb
Şriftin ölçüsü
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Makronun seçkidə birinci gələn solçu koalisiyanın namizədinin yerinə Mişel Barnieri baş nazir təyin etməsi Fransada etirazlara səbəb olub. Dünən (sentyabrın 7-də) Fransa boyu minlərlə etirazçı prezident Emmanuel Makronun mühafizəkar Mişel Barnierin yeni baş nazir təyin edilməsinə etiraz etmək üçün küçələrə çıxıb.
“Euronews”un məlumatına görə, sol koalisiya, xüsusilə “Boyun əyməyən Fransa” (La France Insoumise-LFI) partiyası Barnierin mühafizəkar keçmişini seçicilərin iradəsini rədd etmək kimi görür. Beləliklə, ölkədə onsuz da gərgin olan siyasi atmosfer daha da gərginləşməkdə davam edir.
Parisdə etirazçılar şəhərin mərkəzində – Bastilliya (de la Bastille) meydanında toplaşarkən, polis mümkün qarşıdurmalara hazırlaşıb. Digər mitinqlər Fransanın cənub-qərbindəki Montauban və Auç şəhərləri də daxil olmaqla, ölkənin 150 yerində keçirilib.
Nazirlər Kabinetini formalaşdırmağa çalışan Barnier, xüsusilə Fransanın ictimai xidmətləri ilə bağlı ictimai narahatlıqları dinləmək əzmində olduğunu deyib.
73 yaşlı Barnier müasir Fransanın Beşinci Respublikasında xidmət edən 26 baş nazir arasında ən yaşlısı kimi qeydə alınıb. Barnier baş nazir vəzifəsini Fransanın ən gənc baş naziri olan və özündən 39 yaş kiçik Qabriel Attaldan alacaq.