vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
11:44 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 1588 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xirosimanı bombalayan öldü

«B-29 Enola Gey» ekipajının sağ olan üzvü qalmadı

MÖVZU İLƏ ƏLAQƏLİ

1945-ci ildə Xirosimaya atom bombası atan «B-29 Enola Gey» qırıcısının axırıncı üzvü, ABŞ-də yaşayan Teodor Van Kirk 93 yaşında vəfat edib.

Məlumata görə, mərhumun oğlu bildirib ki, atası iyulun 28-də ABŞ-nin Corciya ştatının Stoun-Mauntin şəhərində ölüb.

«Holland» ləqəbli Teodor Van Krik «Enola Gey»in şturmanı olub. Xirosimanın bombardmanı zamanı onun 24 yaşı olub. Lakin bu yaşda o artıq 58 döyüş uçuşu edən səriştəli pilotlar sırasında idi.

Xatırladaq ki, «B-29 Enola Gey» qırıcısı 1945-ci il, avqustun 6-da Xirosimanın mərkəzinə «Körpə» adı qoyulmuş uran yüklü bomba atıb.

Bombanın tratil ekvivalenti 20 min ton təşkil edirdi. Partlayış təxminən 140 min adamın həyatına son qoyub.