vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
11:00 | 11 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev separatçıların çağırışını rədd etdi

Donesk və Liqanskda qızğın döyüşlər gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın ordu sözçüsü Andriy Lısenko rusiyapərəst separatistlərin atəşkəs çağırışını rədd edərək, onları ağ bayraq qaldırıb, silahları yerə qoymağa çağırıb. Xatırladaq ki, dünən separatistlər Ukraynada humanitar fəlakətə yol verməmək üçün atəşi dayandırmağa hazır olduqlarını bildiriblər.

Lakin daha sonra onlar sözlərini geri götürərək, atəşkəsin qarşılıqlı olmasının vacibliyini vurğulayıblar.

Hökumət qüvvələri isə Donetsk və Luqanskda separatçılara qarşı hücumları davam etdirir. Donesk və Liqansk şəhərlərinin sakinləri qızğın döyüşlər getdiyini bildirirlər.

Rusiya Ukrayna ilə sərhəd bölgələrə əlavə qüvvələr yerləşdirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərq bölgələrinə yardımların gecikdirilməməli olduğunu deyərək, məsələnin prezident Putinin nəzarəti altında olduğunu bildirib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power Təhlükəsizlik Şurasının yığıncağında deyib ki, Rusiyanın müharibə şəraitində olan Şərqi Ukrayna üçün təklif etdiyi humanitar dəhlizi yalnız beynəlxalq yardım təşkilatları reallaşdıra bilər.

Səfir deyib ki, Rusiyanın Ukraynaya hansısa humanitar missiya pərdəsi altında birtərəfli müdaxiləsi «tamamilə qəbuledilməz və həyəcan doğurandır».