Ordu Donetskin 20 km-ində
Ukrayna Rusiyanın yolladığı humanitar yardıma şübhə ilə baxır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
Ukraynanın şərqində atəş səsləri kəsilmir. ANS PRESS-in məlumatına görə, separatçıların nəzarətində olan Yasnuvata qəsəbəsində yerli bazar və iki yaşayış binasının artilleriya bombardmanı nəticəsində azı 3 nəfər həlak olub.
Donetskdən 20 kilometr aralıda yerləşən qəsəbənin əsas meydanı dağılmış beton-daş parçaları, toz qatı ilə əhatə olunub. Bazarda çıxan yanğını söndürmək üçün yerli sakinlər su vedrələri ilə yanğın mühafizə briqadasının köməyinə gəlib. Yasnuvata qəsəbəsi hazırda Ukrayna qoşunları ilə separatçı döyüşçülərin hazırkı cəbhə xətti sayılır. Aramsız artilleriya zərbələri ilə əlaqədar Donetskə qatarların getdiyi dəmiryolu vağzalı müvəqqəti bağlanıb.
Döyüşlər gedən bir vaxtda Rusiya hökuməti Ukraynaya 2 min ton humanitar yardım daşıyan yüzlərlə TIR yollayıb. Hələ ki, Ukrayna hökuməti yük maşınlarının ölkə ərazisinə daxil olmasına icazə verməyib, belə ki, Rəsmi Kiyevə görə, bu humanitar təşəbbüs Beynəlxalq Qırmızı Xaç komitəsi ilə koordinasiya edilməyib və bu səbəbdən yük maşınlarında həqiqətdə nələrin daşındığını bilmək olmur. Ukrayna tərəfi humanitar yardımı qəbul etsə də, maşınları sərhəddən buraxmaq istəmir.
Bununla belə, Rusiya xarici işlər naziri Sergey Lavrov humanitar yardım daşıyan 260 yük maşının göndərilməsinin rəsmi Kiyevlə razılaşdırıldığını bildirib. TIR-ların yükləri ağ tentlə örtülüb, yerli keşiş isə xəta-bəladan qorunması üçün maşınlara «müqəddəs su» çiləyib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmiləri TIR-larda daşınan yüklər barədə məlumatsız olduqlarını açıqlayıb. Ukrayna hökuməti yardıma bir halda razılaşır, karvan, hökumətin nəzarətində olan sərhəd məntəqəsinə gəlməlidir.