vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
13:42 | 20 avqust 2014 | Çərşənbə Məqaləyə 1696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Missuridə gərginlik artdı

Polis daha bir qaradərilini öldürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Missuri ştatının Sent Luis rayonunda polis son 11 gündə ikinci qaradərilini öldürüb və gərginlik daha da artıb. Polis bildirir ki, iki zabit avqustun 19-da bıçaqla silahlanmış bir kişini öldürüb.

Avqustun 9-da 18 yaşlı, silahsız Maykl Braunun öldürülməsi Ferqyuson şəhərində zorakı etirazlar doğurmuşdu. Ekspertiza göstərib ki, Braun iki dəfə başından olmaqla altı dəfə güllələnib.

Avqustun 20-də ABŞ-ın baş prokuroru Erik Holder Ferqyusona gedəcək, qətli araşdıran müstəntiqlərlə görüşəcək.

Həmin gün prokurorlar Braunu öldürmüş polis zabiti əleyhinə sübutları təqdim edəcəklər, məhkəmə ona qarşı ittihamların irəli sürülüb-sürülməyəcəyini müəyyənləşdirəcək.