«Ukrayna Avrasiya İttifaqına girə bilər»
Merkeldən sensasion açıqlama: «Ukraynanın hərəkətləri Rusiyaya ziyan vurmamalıdır»
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
«Ukrayna Avrasiya İqtisadi İttifaqına daxil olmaq perspektivinə baxıb, Rusiya ilə sülh bağlamaq imkanına malikdir». Modern.az saytı rus mətbuatına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə Ukrayna Rusiya ilə qazın qiymətində və ticarət münasibətlərində razılığa gələ bilər.
Almaniya lideri bildirib ki, Ukrayna Avrasiya İttifaqına üzvlük üçün addımlar atsa idi, Avropa Birliyi buna mane olmayacaqdı.
Angela Merkel vurğulayıb ki, rəsmi Kiyev bundan sonra elə addımlar atmalıdır ki, Rusiyaya ziyan dəyməsin. «Ukraynanın hərəkətləri Rusiyaya ziyan vurmamalıdır».
Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi və rəsmi Kiyevin Kremlin layihəsi olan Gömrük İttifaqına doğru istiqamət alması təhlükəsi Ukraynada ciddi narazılığa səbəb oldu.
Qərbmeylli qüvvələrin kütləvi nümayişləri nəticəsində Viktor Yanukoviç hakimiyyətdən devrildi.
Bundan sonra isə rəsmi Kiyev Avropa ilə ittifaqda olacağını bəyan etdi. Ukrayna iyun ayında Avropa Birliyi ilə assosiasiya sazişini də imzaladı.
May ayında isə Astanada Qazaxıstan, Belarus, Rusiya prezidentləri Gömrük İttifaqının davamı olan Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sənədə imza atdılar. Heç şübhəsiz, Rusiya hər vəchlə, Ukraynanı da bu ittifaqda görmək istəyir. Rusiyanın Ukraynadakı təxribat hərəkətlərində Kremlin rəsmi Kiyevi Avrasiya Birliyinə cəlb etmək niyyətlərinin olduğu da bəllidir.