vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
09:46 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1171 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiya bizi nüvə silahı ilə hədələyir»

Müdafiə nazirindən sensasiyalı açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın müdafiə naziri Valeri Geletay sensasiyalı sayılacaq açıqlama verib. Ukraynanın UNİAN agentliyi bu barədə nazirin özünə istinadən xəbər yayıb. Məlumata görə, ölkənin şərqinin separatçılardan təmizlənməsi ilə bağlı əməliyyatlardan danışan nazir Moskvanın «qeyri-rəsmi kanallarla Ukraynanı taktiki nüvə silahının tətbiqi ilə hədələdiyini» söyləyib.

«Rusiya tərəfi müqaviməti davam etdirəcəyimiz təqdirdə bir neçə dəfə qeyri-rəsmi kanallarla bizə qarşı nüvə silahının tətbiq olunacağı ilə bağlı hədə-qorxu gəlib» - bunu öz «Facebook» səhifəsində müdafiə naziri yazıb.

V.Geletayın fikrincə, Rusiya Ukraynada apardığı müharibəni uduzduğunu anladığı üçün qarşı tərəfi nüvə silahı ilə hədələyir.

Rusiya tərəfi isə ukraynalı nazirin bu sensasion bəyanatına hələ də hər hansı formada rəsmi münasibət bildirməyib.