vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
20:38 | 11 aprel 2016 | Bazar ertəsi Məqaləyə 1213 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənim gizli azadlığım»

İran gələn qadın turistlər hicaba müharibə elan edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hicab İranda qadın geyiminin mütləq atributlarındandır. Lakin «Facebook» istifadəçiləri bu qaydaya qarşı üsyan etmək qərarına gələrək İrana yollanan turist qadınlara hicabsız foto çəkdirib sosial şəbəkələrdə yerləşdirmək çağırışı ilə kampaniyaya başlayıblar.

Kampaniyaya təşkilatçılığı «My Stealthy Freedom» («Mənim gizli azadlığım») adlı onlayn hərəkat edib.

Həmin hərəkat keçmişdə də buna bənzər itaətsizlik aksiyaları keçirib.

Kampaniyaya 2 il bundan əvvəl start verilib.

Ötən dövr ərzində şəbəkələrdə İran qadınlarının hicabsız çəkdirdiyi onlarla şəkil dərc olunub.

Sonuncu kampaniyaya səbəb isə Fransa Hava Yolları şirkətinin uçuş heyəti üzvlərilə bağlı baş vermiş qalmaqallı hadisə olub.

Şirkətin 8 illik fasilədən sonra Tehrana uçuşları bərpa etdiyi elan olunduqdan sonra, bir neçə qadın əməkdaş Tehrana çatanda hicab geymək barədə daxili təlimata etiraz edərək, onları İran marşrutundan çıxarmağı tələb ediblər.

Nəticədə qadın əməkdaşlar aviaşirkətlə hüquq müstəvisində çəkişməni udublar.

Bazar ertəsi Air France şirkəti elan edib ki, İrana uçmaq istəməyən qadın əməkdaşlara digər marşrutlara keçməyə icazə veriləcək.

Bu problemi bir qədər də qabartmaq üçün «My Stealthy Freedom» kampaniyasının fəalları İrana baş çəkmək istəyən bütün xarici turistlərə orada hicabsız şəkil çəkdirib sosial şəbəkələrdə yerləşdirmək barədə çağırış ediblər.

Həmin şəkillər istifadəçilər tərəfindən artıq on minlərlə dəfə paylaşılıb.

Fotoları paylaşılan qadınlar eyni zamanda İran qadınları ilə həmrəy olduqlarını da bildiriblər.

«My Stealthy Freedom» kampaniyasının təşkilatçısı Məsih Əlinejad təsdiqləyib ki, sosial şəbəkələrdə fotoları paylaşılan qadınların hamısı İranı problemsiz tərk edə biliblər.