«Gecikmiş və az faydalı…»
ABŞ və Britaniya Rusiyanın «Hələb təklifi»ni rədd etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
ABŞ və Britaniya Hələb üzərinə hava zərbələrinin dayandırılması üçün Rusiya və Suriyanın «müvəqqəti» atəşkəs təklifini rədd ediblər. Dəməşq və Moskva bildirmişdilər ki, 48 saatlıq atəşkəs sülh danışıqlarının davam etdirilməsi üçün başlanğıc ola bilərdi.
Moskva oktyabrın 20-də səkkiz saatlıq humanitar yardım fasiləsindən əvvəl qiyamçıların və yaralıların Hələbi tərk etmələri üçün hava hücumlarını müvəqqəti dayandıracağını elan etmişdi.
Lakin ABŞ Dövlət Departamenti Rusiyanın təklifini «gecikmiş və az faydalı» adlandırıb.
BMT isə bildirib ki, Hələb şəhərinə humanitar yardımın göstərilməsi üçün səkkiz saat çox az müddətdir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya və Dəməşq Hələbin şərqindəki əhalinin oranı tərk etməsi üçün 6 təhlükəsiz dəhliz verməyə hazırdır.
Lakin BMT bildirib ki, humanitar yardımın göstərilməsi üçün bütün tərəflərin atəşkəs təminatını almalıdır.
Berlin görüşü
Bu arada Qərb mediası xəbər verir ki, Suriyadakı vəziyyət oktyabrın 19-da Putin, Almaniya kansleri Merkel və Fransa prezidenti Fransua Olland arasında Berlində keçirləcək görüşdə müzakirə oluna bilər.
Əslində bu görüşün rəsmi məqsədi Ukraynadakı vəziyyətin müzakirə edilməsidir.
Qərb təhlilçiləri bildirirlər ki, Rusiya Britaniya və Fransanı qapı arxasında qoymaqla, lakin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin dəstəyi ilə ən-Nüsra Cəbhəsi döyüşçülərinin Hələbdən çıxarılmasına nail olmaq istəyir.
Digər tərəfdən nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı Hələbdəki ən-Nüsranın orada qalmasına razı olduqlarını bildiriblər.
Elə Birləşmiş Ştatlar da hesab edir ki, ən-Nüsra adının dəyişdirilməsinə baxmayaraq əl-Qaidəyə bağlı təşkilat olaraq qalır.
Lakin buna baxmayaraq, maksimum 900 nəfər olduqları düşünülən ən-Nüsra döyüşçülərini hazırda digər qiyamçı qruplaşmalardan ayırmaq mümkün olmur.
Təhlilçilərin fikrincə, bu ona görə baş verir ki, heç bir qiyamçı qruplaşma Rusiyanın təklifini qəbul etmək və şəhəri tərk etmək istəmir. (azadliq.org)