vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
20:45 | 21 oktyabr 2016 | Cümə Məqaləyə 723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

…Mosul qaçqınlarının sayı artır

Əməliyyatlar davam etdikcə…

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın baş naziri Heydər Əl-Abadi deyib ki, ordu iki ildən çoxdur İraq Şam İslam Dövləti (İŞİD) terrorçularının nəzarətində olan ölkənin ikinci böyük şəhəri Mosula gözləndiyindən daha tez irəliləyir. Lakin yaxınlıqdakı qaçqın düşərgəsinin yardım işçiləri silahlı qüvvələr Mosula girdiyi zaman qaçacağı gözlənilən milyona yaxın insana yardımın mümkün olmayacağından narahatdır.

İraq və Peşmərqə ordusunun Mosulu İŞİD-dən geri almaq üçün hücumlara başladığı zaman insanların evlərini tərk edib qaçacağına və ya öldürüləcəyinə baxmayaraq, qaçqın düşərgəsində məskunlaşan ailələr döyüşlərin tez bir zamanda başlamasını istəyirlər. «Bizim Mosulda tanıdığımız insanlar İŞİD terrorçularının nəyin bahasına olursa olsun, tezliklə getməsini istəyirlər» deyə, Ömər adlı qaçqın bildirir.

İŞİD terrorçuları bu düşərgədə yaşayan 30 min insanı bir neçə dəfə qaçmağa məcbur edib. Zorakılıqdan buraya qaçanlar əldən düşmüş vəziyyətdə gəlirlər. Yardım işçiləri düşərgələrin dolu olduğunu və qaçqınlar üçün təcili olaraq müvəqqəti sığınacaqlar tikmək üçün daha çox vəsait lazım olduğunu deyirlər.

Onların dediyinə görə, onlara vaxt lazımdır, lakin döyüşlər uzandıqca, vəziyyət daha da ağırlaşacaq. Bərzani Xeyriyyə Fondundan Rüzgar Abid: «Əməliyyatlar davam etdikcə qaçqın ailələrin də sayı artacaq. Ona görə də insanlar qaçqınların sayının artacağını düşünür. Qarşıdan qış gəlir, bu isə problemlərin artacağı deməkdir. Biz onların hamısını sığınacaqla təmin edə bilməyəcəyik».

Bu düşərgəyə gələn yeni qaçqınlar isə ərzaq, içməli su və yataqların çatışmazlığından şikayət edir. Qaçqınlar minalanmış çöllərdən əzabla keçdiklərini və buradan başqa gedəcəkləri yer olmadığını deyirlər.